Kərbəlayı Həsənalı Şaloğlu türbəsi

Tarixi:
XVIII yüzil
Yerləşmə /
Əvvəlki toponim:

İrəvan quber­ni­ya­sının İrəvan qəza­sında, indi­ki Vedi rayo­nun­dakı Zim­mi kən­dində.

Yerləşmə /
Hazırkı toponim:

Vedi rayonu –Ararat.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

1948-49-cu il­lər­də kənd sa­kin­­lə­ri SSRİ Na­­zirlər So­veti­nin xüsusi qə­rarı ilə tarixi-et­nik tor­­paq­lar­ın­dan depor­ta­si­ya olu­na­raq kö­çü­rül­üb, kənd ləğv edilib. İndi xa­­ra­ba kənd­dir. Əha­­­li­nin zor­la Azər­baycana  kö­­­çü­rül­mə­sin­dən son­­ra tür­bə er­­mə­­nilər tər­əf­in­­dən dağıdılıb [i].

 

[i] https://az.wikipedia.org/wiki/Zimmi

Məlumat:

Zimi kəndinin qəbiristanlığındakı birqa­pı­lı dördkünc türbənin (hündürlüyü 2,5 m, eni 2 m) daxilindəki qəbir ilahi məqama yaxınlığı ilə seçilən Kərbəlayı Həsənalı Şal­­oğlunun (1779-1854) idi. Böyük daş­lar­la inşa olunan türbə Şaloğlu tay­fası bellərinə şal bağladıqlarına görə belə ad­lanırdı və Cənubi Azərbaycandan kö­çüb gəlmiş tərəkəmə ailələrindən olub. 

Onun 25 yaşlı Mehdi adlı oğlu (həmin gün onun övladı dünyaya gəlibmiş) gecə ikən, ilin qış çağında qarlı havada Zimi ça­yını keçib zi­ya­rə­tə gedib və atasının qəbri üsündə canını ilahi ruhla qovuşdurub. Onun çayda əl-üzü­nü yuyarkən kənara sıç­rayan su dam­cı­larının donması və bağlı qapıdan içəri keç­məsi (bir neçə dəfə onu axtaranda qapı bağlı olub, axırda qapının qıfılı açılanda onu məzarın üstündə tapıb, atasının yanında dəfn ediblər) və duasına ruhən qo­vuşması ilə bağlı el arasında kifa­yət qədər deyimlər yayılıb.

 Türbəni ətraf kəndlərin əhalisi zi­ya­rətə gələr, niyyətlərinin qə­bulu üçün üstündə dualar edər, qurbanlar kəsərdilər [i].

Toponim VII əsr­də Arran əha­­lisinin islam di­­nini qəbul et­mə­­yən hissəsinə xri­s­­tianlara ərəb­­­lərin verdiyi Zim­­mi sözü əsa­s­­ın­da for­ma­la­ş­ıb. İslamı qəbul edən yerli əha­li­ni ərəblər mov­la, islamı qəbul etməyənləri Zimmi adl­and­ı­rıblar. Quru­luş­ca sadə to­po­nim­dir [ii].  

Kər­bə­layı Həsənalı Şal­oğlu türbəsi kənd və ətraf böl­­gənin in­san­ları üçün mü­qəd­dəs yer he­sab olunurdu

 


[i] https://aqreqator.az/az/cemiyyet/529897

[ii] Bayramov, İ.M. Qərbi Azərbaycanın türk mənşəli toponimləri / İ.M.Bayramov; red.: B.Ə.Budaqov, H.İ.Mirzəyev, S. A.Məmmədov. – Bakı: Elm, 2002. 

Fotolar:
Videolar: