Kərbəlayı Həsənalı Şaloğlunun günbəzi

Tarixi:
1854-cü il
Yerləşmə /
Əvvəlki toponim:

İrəvan qu­ber­ni­ya­sı İrəvan qə­zası, in­di­ki Ve­di (Ara­rat) ra­yo­­nun­da Zim­mi kənd­ində [i].

 

[i] https://az.wikipedia.or g/wiki/Zimmi

Yerləşmə /
Hazırkı toponim:

1948-1949-cu il­­­lərdə Zimmi kən­d­inin sa­kin­ləri SSRİ Na­zir­lər Sovetinin xü­­­susi qərarı ilə ta­rixi-etnik tor­paq­larından de­p­­­or­­tasiya olu­na­raq Azər­bay­ca­n­a­ köçürülüb, kənd ləğv edilib. İndi xar­a­ba kənddir.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Zimmi kəndi ləğv edildikdən sonra kənd qə­bir­istanlığında gün­­bəzin xa­ra­ba­­lıqları qal­maq­­da­dır.

Məlumat:

Zimmi kəndinin qəbiristanlığındakı bir­qa­pı­lı dördkünc günbəzin (hündürlüyü 2,5 m, eni 2 m) daxilindəki qəbir ilahi mə­qa­ma yaxınlığı ilə seçilən Kərbəlayı Hə­sə­n­a­lı Şaloğlunun (1779-1854) idi. Şal­oğlu tay­fası bellərinə şal bağla­dıq­lar­ı­na görə be­lə adlanırdı və Cənubi Azər­bay­candan kö­çüb gəlmiş tərəkəmə ailə­lər­in­dən idi. Onun 25 yaşlı Mehdi adlı oğlu (hə­min gün onun övladı dünyaya gəlib­miş) gecə ikən, ilin qış çağında, qarlı ha­va­da Zimmi ça­yını (kənddən 1 km ara­lı­da) keçib zi­ya­rə­tə gedib və atasının qəbri üstündə canını ilahi ruhla qovuşdurub. Onun çayda əl-üzü­nü yuyarkən kənara sıçrayan su dam­cı­larının donması və bağlı qapıdan içəri keç­məsi (bir neçə dəfə onu axtaranda qapı bağlı olub, axırda qapının qı­fılı açılanda onu məzarın üstündə ta­pıb­lar, atasının da ya­nında dəfn ediblər) və dua­sına ruhən qo­vuşması ilə bağlı el ara­sın­da kifayət qə­dər deyimlər yayılıb. Bu mü­qəddəs mə­ka­na ətraf kəndlərin əhalisi ziyarətə gə­lər, niyyətlərinin qəbulu üçün üstündə dualar edər, qurbanlar kə­sər­dilər[i].

Müqəddəs mə­kan­­­ların məhz mü­­­­səlman-türk d­ün­­yasının bir p­ar­­çası olan A­z­ə­r­­­­­­baycana məx­sus ol­masını sü­but edir.

 


[i] ttps://aqreqator.az/az/cemiyyet/529897

Fotolar:
Videolar: