Kərbəlayı Yusifli günbəzi

Tarixi:
XVIII-XIX yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Göyçə ma­ha­lı­ Basarkeçər ra­­y­o­nu Nə­rimanlı kənd­ində.

Yerləşmə /
Hazırkı toponim:

Nərimanlı kən­d­inin adı 19.04. 1991-ci ildə də­yiş­dirilərək Şatvan adlan­dı­rı­lıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Kərbəlayı Yu­si­f­­li günbəzi 1988-ci ildə azər­bay­can­lı­la­r­ı­n kənddən kütləvi de­por­t­a­si­yasından sonra er­mənilər tərəf­in­dən dağıdılıb məhv edilib.

Məlumat:

Qədim Nərimanlı qəbiristanlığı tarixin müx­təlif dövrlərini əhatə edən abidələrlə zən­gindir. Bu abidələrdən biri kəndin kök­­­lü tayfasına aid Kərbəlayı Yusifli  gün­­bəzidir. Günbəz çar Rusiyası dövr­ün­də inşa edilib. Kərbəlayı Yusifli günbəzi Hacalılar tayfasına məxsus günbəzi ilə eyni qaydada və eyni ölçüdədir. Kərbəlayı Yusifli tayfalarına məxsus qəbirlərin üst­ün­də, dördkünc formada, 4 m x 4 m, 5 m x 5 m ölçülü, hündürlüyü 4-5 m olan bu qəbir­üstü tikili görkəmi və yüksəkliyi ilə uzaq məsafələrdən görünür və diqqət çəkirdi [i], [ii], [iii].

Kənd ya­ran­dı­ğı XIV əsrin so­nu, XV əsrin əv­vəl­lər­­in­dən eti­­ba­r­ən azər­­baycanlı məs­kəni olub. Kər­bəlayı Yu­sif­li günbəzi A­z­ər­ba­y­­can­ın maddi-mə­­dəni mirası ki­mi önəm kəsb edir.

 


[i] Olaylar. – 2021. – 5-11 mart. – S. 20.

[ii] http://www.anl.az/down/meqale/olaylar/2021/mart/737226.htm

[iii] История Азербайджана по документам и публикациям. – Баку: Элм, 1990. – С. 305.

Fotolar:
Videolar: