Kiçik Məzrə (Bala Məzrə) kəndində Oğuz qəbiristanlığında qəbirüstü abidələr

Tarixi:
IV-VI yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Göyçə mahalı Ba­­sar­ke­çər ra­yo­nundakı Ba­la Məzrə kən­din­də yerləşir

Yerləşmə /
Hazırkı toponim:

Basarkeçər  rayonu – 11.06. 1969-ci ildən – Var­denis, Kiçik Məzrə kəndi – Pokr (kiçik) M­a­z­ra ad­lan­dı­rılıb

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Qə­dim oğuz qə­bir­ləri er­mə­nilər tə­rəfindən a­zər­­bay­canlıların 1988-ci ildə küt­lə­vi de­por­ta­si­ya­sı­n­dan sonra da­ğı­dılıb, məhv edi­lib.

Məlumat:

Bala Məzrə kəndində IV-VII əsrlərə aid oğuz qəbir­is­tan­lığı vardır. 2-3 metr hün­dür­lüyü olan oğuz qəbir­daş­la­rı­nın üstündə meşə kimi dayanmış hündür başdaşlar “Avesta” memarlıq məktəbinə məxsus zər­gər zövqlü sənət dahiləri və tişə us­ta­ları tərəfindən tarixin canlı şahid­lərinə çev­rilmiş Azərbaycan türklərinin qədim əc­­dad­ları haqqında daş­laş­mış dastanlardır. Köh­nə qəbir­is­tanlıq deyilən ərazi  alban-türk dövrünə aid qəbirüstü abidələrlə zən­gindir. Kəndin ərazisində X-XII yüzillərə aid alban kilsəsi olub. Həmçinin, qə­bir­is­tan­lıqda    oğuz türklərinin bu gün “Qərbi Azər­baycan” adlan­dır­dı­ğı­mız ərazilərində şüur­lu elmi həyatı boyu apardığı bir sıra qaz­­ıntılar zamanı m.ö. yüzilliklərə aid olan aş­kar­lanmış zəngin arxeoloji mə­də­niy­yəti 1828-ci ildə ailə şəklində Ön Qaf­qaza köçürülmüş yarıdilənçi əha­li­nin adı­na yazmışdır. Təkzibedilməz həqiqət bu­dur ki, bu arxeoloji mədəniyyət tarixin ay­rı-ayrı çağlarında Azər­baycan türklərinin Ön Qafqaz torpaqlarını müvəq­qə­ti inzi­ba­ti ərazilərinə daxil etmiş üç türk dövlətin (Bi­­aini, Arme, Part /Parfya) dövründə Oğuz türklərinin qohumlarla birlikdə yarat­dıqları sinkretik şərikli ümumtürk mə­nəviyyat, mədəniyyət və dövlətçilik tari­xi­nə aid  -  türk dünyasının sərvətidir. “Biaini çarlığı” ad­lı əsərimizdə bu barədə ətraflı araşdırmalar aparıl­mış­dır [i].

Toponim ərəb di­l­­ində "əkil­miş yer, sürülüb to­xum s­ə­­pilmiş tar­­la” mə­na­sın­da iş­­l­­­ənən m­əz­rə (m­əz­ru) sö­zü əsa­­­­­sında forma­laş­­­ıb. “Bala” fə­r­q­­­­­­­ləndirici əla­mət b­il­dirən söz­­dür. Rel­yef bil­dirən to­­po­nimdir. Qu­ru­­­­luş­ca mü­rə­k­kəb to­po­nim­dir və abi­dələr kən­d­­­in qədim türk- oğuz yurdu ol­du­ğunu gös­tərir [ii].

 

 

 

Fotolar:
Videolar: