Kirs kənd abidələri

Tarixi:
XIV-XV yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Zəngəzur ma­ha­lı Qafan ra­yonu Kirs kən­d­ində.

Yerləşmə /
Hazırkı toponim:

Kirs kəndi 4.07. 2006-cı ildən –Kisk adlandı­rı­lıb.

Təsnifatı:

Arxeoloji abidə

Mövcud vəziyyəti:

Ermənilər tərə­f­in­d­­­ən apa­rılan ar­­x­e­­o­lo­ji qazıntı  za­­ma­nı qədim q­ə­­­­bir­istanlıq ə­r­a­­­zi­sin­də ta­pı­lan a­b­i­də­lər­in bir q­i­­s­mi İrə­va­na a­p­­a­rı­lıb, ora­dakı m­u­­zey və park­larda er­mə­ni ab­i­­dəsi ki­mi təq­dim olu­nur. Bəzi abi­də­lər 1988-ci il de­por­­­tasi­ya­sı­na qə­­dər köhnə qə­bi­ristanlıq əra­zi­də qal­maq­da idi.

Məlumat:

Kirs kəndində qədim dövrdə alban-türk tay­faları yaşayıb. Kənd ərazisində çox say­da xarabalığı və qalıqları olan tikililər möv­cud olub. Bu tikililərin əksəriyyəti 1905-1906-cı və 1918-ci illərdə kəndə hü­cum edən erməni terror dəstələri tərə­f­in­dən dağıdılıb və yandırılıb. Kəddəki al­ban-oğuz tarixinin izlərini daşıyan qəbir­istanlıq və oradakı qəbirüstü abidələr də erməni vandallığının qurbanı olub. Kənd­dəki qədim dövrə aid olan qəbir­is­tan­lıqda aparılan qazıntı işləri zamanı tapıl­mış 3 ədəd daş qoç və çoxlu zinət əşyaları kənd­in qədimliyini göstərir [i]. Kirs kəndinin adının “qar uçqunu” yaradan “kirs” sözü ilə əlaqəli olması da ehtimallardan biridir [ii] . 

 

Kənd, Kirsdağın ətəyində yerləşir. 1905-1906-cı illərdə olduğu kimi kənd sakinləri, 1918-ci ildə yenidən er­mə­ni­lər­in hücumuna məruz qalırlar. Bu dəfə də kəndi tərk etmək məc­bu­riyyətində qalan kirslilər Ordubada pə­nah aparırlar. 1922-ci ildə Ermənistanda so­vet hökuməti qu­ru­landan sonra kirs­li­lər­in təqribən yarısı geri qayıdaraq öz doğ­ma kəndlərini təkr­a­rən bərpa edirlər. 1933-cü ildə qonşu Ku­rud kəndi ilə bir­lik­də yaradılan Çirişin də daxil olduğu Ku­rud kolxozu 1965-ci ildə ləğv edilərək zor­la Gığı heyvandarlıq sov­xoz­una birləş­di­rilir. Kənddə 1886-cı ildə 130, 1897-ci ildə 56, 1922-ci ildə 78, 1926-cı ildə 77, 1931-ci ildə 104 nəfər azər­baycanlı yaşayıb. 

 

1988-ci ilin noyabr ayında böl­gə­nin digər azərbaycanlı sa­kinləri kimi kirs­lilər də Ermənistan döv­lə­ti tərəfindən ta­ri­xi-etnik torpaqlarından qovulub [iii]. Ermənistan Respublikası Mil­li Statistika Xid­mətinin 2001-ci il mə­l­­umatına görə Gığı kənd icmasına daxil olan Kirs kənd­ində yaşayış yoxdur, kənd tərk edilib.  Ermənistan Respublikası Mil­li Statistika Xidməti: 2001-ci il Ermə­nis­tan siyahıya alınmasının yekunlarına dair hesabat [iv].

Toponim türk di­­­lində “çöl”, “sər­­həd”, “ya­y­la”, “dağ” mə­na­­sında iş­lə­nən kır (-kir) söz­ün­dən əmələ gəlib. To­poni­min so­n­un­­dakı “s” to­po­f­or­­mant­dır. Kə­n­d­in adı ilə onun yer­ləş­diyi rel­yef uy­ğundur. Be­lə ki, kənd dağ ətə­yində, çə­mənlik yerdə yer­ləşir. Re­lyef­lə bağlı ya­­ranan sadə quruluşlu toponimdir.

 


[i] https://az.wikipedia.org/wiki/Kirs_(Qafan)

[ii] Vilayət Əliyev: “Zəngəzurda qalan izimiz”. – Bakı, “Prezident Kitabxanası”, 2004.

[iii] Bayramov, İ.M. Qərbi Azərbaycanın türk mənşəli toponimləri / İ.M.Bayramov; red.: B.Ə.Budaqov, H.İ.Mirzəyev, S. A.Məmmədov. – Bakı: Elm, 2002.

[iv] https://az.wikipedia.org/wiki/Kirs_(Qafan)); Urud, M. Zəngəzur: elmi-publisistik nəşr / Musa Urud; ideya və layih. müəl. A.Muradverdiyev; elmi red. V.Əliyev. – Bakı: Nurlar, 2005. 

Fotolar:
Videolar: