Köhnə məscid

Tarixi:
XVIII-XIX yüzil
Yerləşmə /
Əvvəlki toponim:

İrəvan qə­za­sı­ Z­ən­gibasar ra­yo­nu Aşa­ğı Ne­ci­li kən­di­nin cə­­nub his­s­ə­­­sin­də yer­lə­ş­i­r.

Yerləşmə /
Hazırkı toponim:

31.12.1937-ci il­­dən Zən­gi­ba­s­a­r­, 14.01.1961-ci ildən – Ma­sis ra­yonu Aşa­ğı Ne­cili kəndi 25.01.1978-ci ildən Sayat No­va adlandı­rı­lıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Məscid 1918-1919-cu il daş­nak hücumları nə­ti­cə­­­sində da­ğı­dı­lıb. Xa­ra­ba­lıq­ları möv­cud­dur.

Məlumat:

XVIII-XIX yüzillərdə tikilən və kəndin iki məs­c­­i­din­dən biri olan Köhnə məscid kəndin cənub hissəsində yer­ləşirdi. 1918-1919-ci illərdə erməni daşnaklarının hü­cu­mu nəticəsində kənd dağıdılb, yandırılıb, əha­­lisinin b­ir  qismi soyqırıma məruz qalıb. Sağ qalanlar isə Türkiyə ərazisinə sı­ğınıb. Bu hücum nəticəsində müqəddəs mə­kan hesab olunan məscid binası da er­mə­nilər tərəfindən yandırılıb. Sovet ha­ki­miy­yətinin ilk illərində kənd əhalisinin bir hissəsi kəndə qayıdıb, kəndi bərpa edib. 1950-ci ildə kəndin əhalisinin bir hissəsi deportasiya olunub, kənddə xaricdən gələn er­mənilər yerləşdirilib. Kəndə qayıdan azər­baycanlı əhali cənub tərəfdə məs­kun­laşıb, özlərinə orada Təzə məscid adlanan yeni məscid inşa ediblər. Köhnə məscidin xarabalığı isə zülmün və soyqırımın nişa­nə­si kimi qorunub saxlanırdı [i], [ii], [iii], [iv], [v].

Toponim fərq­lən­­­­di­ri­ci əlamət bil­­dirən aşa­ğı sö­z­üylə “nəc­li” türk etnonimi əsa­­­sında əmələ gəlib. Etno­to­po­nim­­dir. To­po­nim Aşa­­ğı Ne­­­ci­linin türk-oğuz yur­du ol­du­ğunu təsdiq edir. İsla­mı qə­bul edən kənd əha­lisi m­ə­s­­cid tikib. Köh­nə məs­­cid qədim ol­­­ması və əha­linin dini vəzi­fə­si­ni yerinə yetir­mə­­si­ni təmin e­d­ən mə­kan və küt­ləvi top­laş­m­a­­nı və birliyi təmin etmə ba­xı­mın­dan mə­dəni inki­şaf­da işti­­rak e­d­i­b. Əra­­zidəki məs­cid dini-mədəni abidə kimi Azər­­bay­can ta­ri­xi üç­ü­n əhə­miy­yət kəsb edir [vi].

 


[i] Ələkbərli, Ə. Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı / Əziz Ələkbərli. – Bakı, 2008. – S. 76.

[ii] İrəvan əyalətinin icmal dəftəri / Azərb. Resp. EA, Şərqşünaslıq İn-tu; araşdırma, tərcümə, qeyd və əlavələrin müəl.: Z.Bünyatov, H.Məmmədov (Qaramanlı). –  Bakı: Elm, 1996. – S. 30.

[iii] Шопен, И. Исторический памятник состояния армянской области к эпоху ее присоеденения к Российской империи / Иван Иванович Шопен. –  СПб., 1852. –  C. 547-550.

[iv] https://az.wikipedia.org/wiki/A%C5%9Fa%C4%9F%C4%B1_Necili;

[v] http://ensiklopediya.gov.az/az/terms/4114/cild/1

[vi] İrəvan əyalətinin icmal dəftəri / Azərb. Resp. EA, Şərqşünaslıq İn-tu; araşdırma, tərcümə, qeyd və əlavələrin müəl.: Z.Bünyatov, H.Məmmədov (Qaramanlı). –  Bakı: Elm, 1996. – S. 30.

Fotolar:
Videolar: