Kotanlı kəndində alban türbəsi

Tarixi:
IX-X yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Dərələyəz ma­h­a­l­ı Paşalı ra­yo­nu Kot­anlı kən­d­i ya­xınlığnda.

Yerləşmə /
Hazırkı toponim:

Dərələyəz ma­ha­l­ı – Vayots Dzor vilayəti, Paşalı rayonu – Əziz­bəy­ov, Vayk K­o­tanlı kəndi 1924-cü ildən Qarm­ra­şen (Qır­­mı­zı­kənd).

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Hazırda abi­də­nin s­o­l tə­rə­fi, da­­ğılıb, bərpa e­d­il­­məyib. Er­mə­ni ele­menti ilə er­mə­­niləşdirilib.

Məlumat:

Kotanlı kənd qəbiristanlığındakı türbəyə bənzər abidənin dövrünün mötəbər şəxs­lər­indən birinə aid olduğu ehtimalını yara­dır. Qədim Kotanlı qəbiristanlığında uca­lan üst hissəsi üçkünç onun alt hissəsi qöv­si formasında olan tarixi alban abi­də­si­nin içərisinə ətrafı naxışlarla bəzədilmiş başdaşı yerləşdirilib.

Başdaşının orta his­sə­sində mövcud olan erməni üslubu xaç ele­mentinin naxışlar sökülərək meydana gəti­rildiyi bariz şəkildə özünü büruzə verir. Ermənilər bu üsullardan istifadə edə­rək bölgədəki Azərbaycanın mədəni ta­rixi mirasını və irsini silməyə çalışır [i], [ii].

Kotanlı kəndi k­ə­­­narında ha­zırda mövcud olan al­ban türk­lər­inin döv­rünə aid ta­ri­xi me­mar­lıq abi­də­sin­də­ki ar­xi­tek­tura və orn­a­ment­lər in­dki Azər­­bay­can me­mar­­lı­ğın­da da g­e­­niş isti­fad­ə olu­nur. Bu xü­su­siy-yət­lərə gö­rə abi­də Azər­bay­can me­­mar­lıq tarixi ba­xım­ından da xü­su­si əhəmiy­yət da­şı­yır [iii].

 


[i] İrəvan əyalətinin icmal dəftəri / Azərb. Resp. EA, Şərqşünaslıq İn-tu; araşdırma, tərcümə, qeyd və əlavələrin müəl.: Z.Bünyatov, H.Məmmədov (Qaramanlı). –  Bakı: Elm, 1996. – S. 59.

[ii] https://az.wikipedia.org/wiki/Kotanl%C4%B1

[iii] https://www.facebook.com/karmrashen.01/photos/a.1 06215844210005/106215857543337/).

Fotolar:
Videolar: