Lehvaz kəndində qədim sərdabə

Tarixi:
XVII-XVIII yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Zəngəzur qə­za­sı Mığrı ra­yonu Lehvaz kənd­in­də.

Yerləşmə /
Hazırkı toponim:

7.11.1995-ci ildə Sünik vila­y­­­ətinin inzibati əra­zisinə daxil edilib. Miğrı ra­yo­nu – Meğri, Lehvaz.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Lehvaz kənd­in­də yerləşən qə­dim sərdabənin qa­l­ıqları gü­nü­müz­də qal­maq­da­dır.[i].

 

[i] Bayramov, İ. Həqiqətin onomastikası: indiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması / İbrahim Bayramov, Nazim Mustafa; ideya müəl. K.Abdulla; red hey.: R.Həsənov [və b.]; layih. məsul A.Qurbanov; [buraxıl. məsul R.Kazımov; [Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərb. Resp. Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası, Azərb. Resp. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərb. Dillər Un-ti]. – Bakı, 2021. – S. 213.

Məlumat:

Meğri rayonunda Lehvaz adlı iki kənd möv­cud olub. Birinci Lehvaz, İkinci Leh­vaz [i].  Sonralar bu kəndlər birləşdiri­lə­rək Levaz adlı kənd yaradılıb.  Qədim ta­ri­xə malik olan kənddə çaydaşı, əhənglə ti­kilən, üzəri əhənglə suvanmış,  türbə və sər­dabədən ibarət şərq memarlığı üslu­b­un­da tarixi tikili olub. Kənddə 1831-ci ildə 15, 1873-cü ildə 172, 1886-cı ildə 375, 1897-ci ildə 346, 1904-cü ildə 525, 1914-cü ildə 836 nəfər yalnız azər­bay­can­lı yaşayıb.

1918-ci ildən kənd erməni təcavüzünə məruz qalıb, sakinləri deportasiya olunub.

İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edənlər tarixi-etnik torpaqlarına dönə bilmişdir. Burada 1922-ci ildə 189, 1926-cı ildə 145, 1931-ci ildə 171, 1987-ci ildə 1002 nəfər azərbaycanlı yaşayıb. 1988-ci ilin noyabr ayında kənddə yaşayan azərbay­can­lılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunub. İndi ermənilər yaşayır [ii].

Toponim Stra­bo­nun “Coğ­ra­fi­ya” əsərində gös­­tərilən skif tay­falarından olan leh et­no­ni­mi ilə türk di­l­in­də “sıldırım qa­ya, şiş qaya ətəy­ində dar də­rə­də axan çay ya­nında dağ” mə­nasında işlə­nən bayz//bays sö­zündən əmələ gəlib[iii].  Bu söz Azərbaycan to­po­nomiyasında “dü­zən yerdə ti­rə, təpəcik, hün­dür yer” məna­sın­da işlənən ba­zı formasında da işlənir [iv],[v]. Etnotoponimdir. Quruluşca mü­rək­­kəb topo­nim­dir.

 

 

 


[i] https://az.wikipedia.org/wiki/

[ii] История Азербайджана по документам и публикациям . – Баку: Элм, 1990 . – S. 206.

[iii] Azərbaycan tarixi üzrə qaynaqlar: seminar və təcrübə məşğələləri üçün müntəxəbat : dərs vəsaiti / Tərtibçilər: S.S.Əliyarov, F.R.Mahmudov və b.. – Bakı: Azərbaycan Universiteti, 1989 . – S. 18.

[iv] Мурзаев, Э.М. Словарь народных географических терминов / Э.М.Мурзаев. – М.: Мысль, 1984 . – C. 65.

[v] Yüzbaşov, R. Azərbaycan coğrafiya terminləri (tədqiqlər) / R.Yüzbaşov . – Bakı: Elm, 1966 . – S. 120.

Fotolar:
Videolar: