Loru qala məscidi
Dağ Borçalı mahalının Kolagirən çayının sol sahilində, Cəlaloğlu (Stepanavan) şəhərindən 4 km Şərqdə, Loru şəhərində
Dağ Borçalı – Loru, Kolagirən çayı – Dzoraget, Cəlaloğlu – Stepanavan adlandırılıb
Memarlıq
Məscid qarşısındakı qəbirüstü abidəyə (xaç əlavə edilib) və içərisinə erməni elementləri əlavə edilərək ermənilər tərəfindən kilsəyə çevrilib. Üstünü göyərən ot təbəqəsi basıb. Giriş hissəsinin sağ və sol tərəfinə uçmuş yerlərindən götürülən daşlar üst-üstə qoyulub. Erməni mənbələrində Loru qalasında məscidin olmadığı iddia olunur. Halbuki, istər binanın memarlıq, istərsə də içində cənub səmtindəki (Məkkəyə doğru) mehrab onun müsəlmanlara aid olduğunu isbat edir [i].
[i] https://www.facebook.com/IrevandaTurkler/photos/a.105289376213868/111232545619551
Loru qala məscidi qalanın içində yerləşir. Qərbi Azərbaycan torpaqlarında inşa edilib və indiyə qədər mövcud olduğu müəyyən edilən məscidlərdən biridir. Məscidin iç memarlığı Şuşadakı Gövhərağa məscidi ilə oxşarılıq təşkil edir. Geniş və hündür tavan quruluşuna sahibdir.
Yerlərin zəmininə mərmər daşlar döşənib. Sağ tərəfdə pəncərə və kiçik yaşıl rəngdə masa görünür[i]. Loru mahalı Azərbaycanın tarixi mahallarından və Səfəvilər dövlətinin, Qarabağ bəylərbəyliyinin doqquz mahalından biri, mərkəzi Loru şəhəridir.
Azərbaycanlıların yaşadığı ərazi 1921-ci ildə isə Gürcüstan və Ermənistan bolşevik hökumətləri arasında Lorunun Ermənistana verilməsi haqqında razılıq əldə edilir [ii]. Loru Qala məscidi tarixi Azərbaycan torpaqlarında inşa edilmiş və indiyə qədər mövcud olduğu müəyyənləşdirilmiş islam abidəsi məscidlərindən biri kimi tarixi əhəmiiyət daşıyır.
[i] https://www.facebook.com/IrevandaTurkler/photos/a.105289376213868/803741189702013)
[ii] https://az.wikipedia.org/wiki/Loru_mahal%C4%B1