Loru qalası

Tarixi:
XI-XII yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Dağ Borçalı m­a­­­halının Ko­l­a­gi­r­ən çayının sol sa­­hilindəki, Ce­lal­oğlu şə­hər­in­dən Stepanavan 4 km şərqdə Loru şəhərində yerləşir.

Yerləşmə /
Hazırkı toponim:

Dağ Borçalı–  Lo­­ru, Ko­la­gi­r­ə­n çayı – Dzo­ra­get, Celaloğlu – Stepanavan adlandrılıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Qarabağ bəy­lər­bəy­liyinin ma­hal­­larından biri olan Loru ma­ha­lı və onun mər­kə­zi olan Loru şəhəri 1236-cı ildə monqol isti­la­sı sonrası da­ğı­dılıb və bu da­ğın­tı nəticəsində qa­la da zərər gö­rüb.

XIV-XV yü­­z­­­ildə təmir olun­­sa da son­ra­kı dövrdə baş ve­rən hücumlar nə­ticəsində ye­ni­dən dağıntıya mə­ruz qalıb. Yer­ləşdiyi əra­zi­də qalıqları qa­lan qala erməni abi­dəsi kimi təq­­dim olunur.

Məlumat:

Loru şəhəri və bölgəsi qalanın adı ilə ad­lan­dırılıb. Azərbaycanlıların yaşadığı əra­zi­də müdafiə məqsədilə tikilib. Mən­bə­lər­də Lori qalası, Ermənistanın Lori əya­lə­ti­nin Lori Berd kəndi yaxınlığında yerləşən XI yüzilə aid erməni  qalası kimi təqdim olunsa da, 1065-ci ildə Tashir-Dzoraget Krallığının paytaxtı olmaq üçün David Anhoghin tərəfindən inşa edilmişdir kimi ya­zılsa da ərazidə azərbaycanlıların ya­şa­ma­sı faktı bunu təsdiq etmir [i],  [ii].

 

1880-ci ildə Tiflis quberniyası daxilində Bor­çalı qəzası təşkil edilir və onun ən bö­yük nahiyəsi də Loru olur. Loru Bor­ça­lı­nın dağlıq hissəsini təşkil etdiyindən ona Dağ Borçalısı da deyirlər. Bu ərazidə bir vaxt­lar Loru şəhərinin mövcudluğu və hə­min şəhərin 1236-cı ildə monqollar tərəf­in­d­ən dağıdıldığı, XIV-XV yüzilliklərdə  ye­nidən bərpa olunduğu, XV-XVIII yüz­il­liklərdə  Osmanlı və İran hücumlarına mə­ruz qaldığı yazılır. 1918-ci ildə erməni daş­nak hökumətinin silahlı qüvvələri qəf­lətən hücum edərək Loru və Pəmbək ma­ha­lı ərazilərini işğal edir. 1919-cu ilin yan­varında Tiflisdə keçirilən Ermənistan-Gür­cüstan konfransında Borçalı qəzası (əs­lində Loru nahiyəsi) neytral zona elan edilir. 1920-ci ilin sentyabrında türk qo­şun­larının Gümrünü tutmasından narahat olan Gürcüstan hökuməti Loru neytral zo­nasına nəzarəti öz üzərinə götürür.

 

1921-ci ildə isə Gürcüstan və Ermənistan bolşevik hökumətləri arasında Lorunun Er­mənistana verilməsi haqqında razılıq əldə edilir [i].

Səfəvilər döv­lə­ti­nin, Qarabağ bəy­lərbəyliyinin doq­quz mahal­ın­d­an biri olan qa­ladakı məs­ci­d­in iç me­mar­lı­ğı­nın Şuşa Göv­hər­ağa məscidi ilə oxşarlıq təş­kil etməsi əra­zi­də azər­bay­can­lı­lar­ın yaşadığını və hökmranlıq et­diyini təsdiq edir.

 


[i] https://az.wikipedia.org/wiki/Loru_mahal%C4%B1

[i] A.E.Redgate. The Armenians. – Oxford: Blackwell, 2000 . – P. 210.

[ii] https://www.facebook.com/IrevandaTurkler/photos/a.105289376213868/803741189702).

Fotolar:
Videolar: