Məşədi Mir Yaqub ağa ocağı
Göyçə mahalı Çəmbərək rayonundakı Ağbulaq kəndində
Çəmbərək rayonu – Krasnoselo, Ağbulaq kəndi 19.04.1991-ci ildən – Ağberk adlandırılıb
Memarlıq
Ocaq/ziyarətgah kimi fəaliyyət göstərən Miryaqub ağanın evi kəndin yuxarı tayındakı Seyidlər məhəlləsində olub. 1988-ci il deportasiyasından sonra dağıdılıb
Məşədi Miryaqub ağa (1884-1984) Mirəli ağanın doğma qardaşı, ucaboylu, mütənasib qamətli, sözü qılınc kimi üzə deyən, bölgənin istəklisi və ağsaqqalı olub.
O, doğul-duğu kənddə dini təhsil alıb, sonra isə həmin mədrəsədə müəllimlik edib. Keçən əsrin 30-cu illərinin repressiyasında Miryaqub ağanı dini-ruhani baxışlarına və el arasında olan hörmətinə görə Kəvər qalasının zindanına salıblar. Daşnak-bolşevik məmurlarının təkidlə ‒ “de ki, Allah yoxdur” ‒ əmrinə cavab olaraq – “Allah var!” ‒ deyə ayağını yerə vurub, inadından dönməyib.
Uzun müddət davam edən bu cür iztirablı sınaqdan və məşəqqətdən sonra Ağa azadlığa buraxılıb. Gözəl avazla quran oxuyan, şirin hədislər ustası olan Miryaqub ağa həm də Qurani-hafiz idi .
Kənd və ətraf ərazilərdəki azərbaycanlı əhalinin nəzir verib, dualar etdiyi inanc yeri olub.