Mir Abbas ağanın qəbri / ocaq

Tarixi:
XVIII-XIX yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Zəngibasar ma­ha­­lı, Zən­gi­ba­sar ra­yo­n mərkəzi Ulu­xanlı qə­­sə­­bə­sin­dən 2 km Qərbdə Zən­gi çayının sol sa­hi­lindəki A­şa­ğı Necili kən­di­nin için­də məs­ci­din arxa tə­­rə­fində.

Yerləşmə /
Hazırkı toponim:

25.01.1978-ci il­də kənd­in adı də­yişdiri­lə­rək Sayat Nova ad­lan­­­dı­rılıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

1988-ci il depor­ta­si­ya­sından son­ra er­mə­ni­lər tə­rəfindən da­ğı­dı­­lıb.

Məlumat:

Təzə qəbiristanlıqda yerləşən Mir Abbas ağa­nın qəbri üstündəki üzərində yazılar olan enli və hündür qəbir­üs­tü abidəsi oca­ğa çevrilib. Kənd əhalisi Mir Abbas ağa­nın qə­brinə and içir, ocağına qurban deyir, nəzir verir, niy­yət edirdilər. Kənddə 1828-ci ilə kimi yalnız azər­bay­canlılar yaşayıb, er­mənilər 1946-48-ci illərdə xaric­­dən kö­çürülüb [i].

 

 Buna baxmayaq 1988-ci il de­por­­ta­si­yasına qədər kənddə yaşa­yan azər­bay­canlıların sayı çox olub. Toponim fərq­lən­dirici əlamət bildirən aşağı sözü ilə “nəcli” türk etnonimi əsa­sın­da əmələ gəl­ib. Et­­no­toponimdir və qur­u­luş­ca mürəkkəb toponimdir [ii], [iii].

Kəndin qədim ya­şa­yış məskəni ol­­duğu və azər­bay­canlıların di­ni inanclarını gö­s­­­­tə­rir

 


[i] https://az.wikipedia.org/wiki/A%C5%9Fa%C4%9F%C4%B1_Necili

[ii] İrəvan əyalətinin icmal dəftəri / Azərb. Resp. EA, Şərqşünaslıq İn-tu; araşdırma, tərcümə, qeyd və əlavələrin müəl.: Z.Bünyatov, H.Məmmədov (Qaramanlı). –  Bakı: Elm, 1996. – S. 30.

[iii] Ələkbərli, Ə. Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı / Əziz Ələkbərli. – Bakı, 1988. – S. 77.

Fotolar:
Videolar: