Molla Əli Bayram oğlunun günbəzi
Göyçə mahalı Basarkeçər rayonu Nərimanlı kəndində.
Nərimanlı kəndinin adı 19.04. 1991-ci ildə dəyişdirilərək Şatvan adlandırılıb.
Memarlıq
1988-ci ildə azərbaycanlıların kütləvi deportasiyasından sonra Molla Əli Bayram oğlunun günbəzi və içindəki qəbir ermənilər tərəfindən qəbiristanlıqdakı digər abidələrlə birlikdə dağıdılıb, məhv edilib.
Kəndin tanınmış din adamlarından olan Molla Əli Bayram (1892-1972) oğlunun günbəzi dördkünc formada, 4 m x 4 m, 5 m x 5 m ölçülü, hündürlüyü 4-5 m olub [i], [ii], [iii].Din adamları cəmiyyətdə fəal iştirak edib müsəlman-türk etnogenezisini (ruhunu) yaşadıb, qoruyub saxlayıb və inkişaf etdirməyə çalışıblar. Vəfatlarından sonra inşa edilən günbəz, türbə və məqbərələr onların əməlinin nəticəsini təcəssüm etdirir.
[i] Olaylar. – 2021. – 5-11 mart. – S. 20.
[ii] ttp://www.anl.az/down/meqale/olaylar/2021/mart/737226.htm
[iii] Qorqodyan, Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi / Z.Qorqodyan. – İrəvan: Melkonyan fond, 1932. – S. 26–27, 112–113.