Nərimanlı kəndində alban sinə daşı abidəsi

Tarixi:
1112-ci il
Yerləşmə /
Əvvəlki toponim:

Göyçə ma­ha­lı­ Ba­­­sarkeçər ra­­y­o­­­nund­akı Nə­ri­­manlı kən­d­in­də.

Yerləşmə /
Hazırkı toponim:

Nərimanlı kə­n­d­­inin adı 19.04. 1991-ci il­də də­yiş­dirilib Şat­van ad­lan­dı­rı­­lıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

1988-ci ildə azər­­bay­can­­lı­lar­ın deporta­si­ya­­­sı­na qədər abidə Se­­yid Rəhim Mə­şədi Mehdi oğ­lu tərə­fin­dən qoru­nub mü­ha­fi­­zə edilib. Er­mə­­ni­lər tərə­fin­dən dağı­dı­lıb.

Məlumat:

Nərimanlı kənd qəbiristanlığında yerləşən “Alban sinə daşı”nın qalınlığı 30 sm, hün­dür­lüyü 80 sm, uzunluğu 2,5 m, baş his­sədə qartal, yanlarında at və dəvə karvanı rəsmi daşa həkk edilmişdi. Qəbiristanlığın Qər­bində bir əski ərəb əlifbası ilə yazılı qəbirüstü sinə daşını 1920-ci illərin əvvəlində oxuyan Seyid Rəhim bu mə­zarın hicri tarixlə 1112-ci ilə aid dö­yüş­lərdə şəhid olan sərkərdə Şahsuvar Şah­bə­ləd oğluna aid olduğunu bil­dirmişdi və onun ruhunu yaşatmaq üçün oğluna Şah­suvar (1928-2000), nəvəsinə isə Şahbələd (1982-1994) adı verilmişdir. 

 

Sinə daşı qə­bir­istanlığın kənarın­da­kı keçidin üstün­də q­o­yulmuşdu. Bu daşın qorunması el-oba­nın ziyarət məkanı, dini irfani ocaq sahibi olan Seyid Rəhim Məşədi Mehdi oğlu (1904-1974) tərə­fin­dən təmin edilirdi [i].

Alban sinə daşı qə­­­bir­­istanlığın kə­­nar­ın­da­kı ke­çi­din üstü­nə qo­­­yu­lmuşdu, on­un al­­­t­­ından qəl­bin­­də niy­yət tu­ta­raq, dua­la­na­raq,  qor­xusu olan və öv­lad həs­­rə­tində ol­an­la­rı ke­çi­rir­­di­lər[ii] .

 

 

[i] Olaylar. –  2021. –  5-11 mart. –  S. 20.

[ii] http://www.anl.az/down/meqale/olaylar/2021/mart/737226.htm

Fotolar:
Videolar: