Nəzir qayası ocağı
Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndi kənarında.
07.11.1995-ci ildə Qafan, Sisian, Meğri, Gorus rayonları ləğv edilərək Sünik mərzisi təşkil edilib.
Qarakilsə rayonu - 01.03.1940-cı ildən – Sisian, Urud kəndi – 03.07.1968-ci ildən – Vorotan adlandırılıb.
Memarlıq
1988-ci il deportasiyasından sonra ocaq ətrafındakı tikililər ermənilər tərəfindən dağıdılıb. Sahibsiz qalan ocağa azərbaycanlıların ziyarətinə icazə verilməyib.
Urud kəndi qədim türk-oğuz yurdudur. Kənddə məbəd və məscidlə yanaşı ruhsal dini irfan ocaqları da olub. Bu kəndin ruhsal-dini ocaq kimi yerlərindən biri də körpünün yaxınlığındakı Nəzir qayası idi, kənd sakinləri orada çümə axşamları şam yandırardılar. O dövrdə dini mistik və ruhsal duyğular bölgədə həm də hakim qüvvəyə çevrilmişdi [i].
Erməni vandalizmin qurbanına çevrilən ruhsal-sakral məbədlər, ziyarətgahlar və ocaqlar kimi əski türkdilli Alban xalqlarının dini inanclarını təmsil edən müqəddəs abidələrdəndir.
[i] Olaylar. – 2019. – 2-4 noyabr. – S. 14, ttp://www.anl.az/down/meqale/olaylar/2019/noyabr/681087.htm