Oxdar kənd məscidi
Zəngəzur mahalı Qafan rayonu Oxdar / Oxtar kəndində yerləşir
Qafan rayonu 11.04.1995-ci ildən – Sünik adlandırılıb.
Memarlıq
Kəndin yaxınlığında ermənilər tərəfindən dağıdılan qədim məscidin xarabalıqları qalır.
Oxdar kəndi uzun illər azərbaycanlıların yaşadığı kənd olub. Ərəb istilasından sonra yerli əhali İslam dinini qəbul edib və özlərinə ibadət etmək üçün məscid inşa edib. Oxdar kənd məscidi orta əsrlərdə XVII-XVIII yüzillərdə tikilib. 1918-ci ildə ermənilərin hücumu nəticəsində kənd əhalisi soyqırıma məruz qalıb və kənd məscidi yandırılıb. Sağ qalan əhali ətraf kəndlərə qaçmağa məcbur olub. Bir müddət sonra yenidən yurda qayıdan əhali kəndi yenidən bərpa edib. 1905-1906 illərdə də kənd erməni daşnaklarının hücumuna məruz qalıb, əhalisi qovulub, kənd isə xaraba qalıb. Toponim qədim türk dilində “boy, qəbilə” mənasını verən ox (> ok) sözünə dialekt və şivələrimizdə cəm şəkilçisi kimi işlənən -tar / -dar (Azərbaycan ədəbi dilində -lar, -lər) şəkilçisinin artırılması əsasında əmələ gəlib. “Tayfa”, “tayfa ittifaqı” mənasını verir. Etnotoponimdir. Quruluşca sadə toponimdir [i], [ii], [iii].
Oxdar, azərbaycanlıların yaşadığı kəndin adı olub. 1918-ci ildə ermənilər kəndi dağıtsa da, 1926-cı ildə əhali geri qayıdıb və kəndi bərpa edib. 1988-ci ildə kənddə 850 azərbaycanlı yaşayıb. Oxdar kəndinin adı da Ox tayfası ilə əlaqədardır. KDQ-də də Ox tayfaları xatırlanır[iv].
[i] Bayramov, İ.M. Qərbi Azərbaycanın türk mənşəli toponimləri / İ.M.Bayramov; red.: B.Ə.Budaqov, H.İ.Mirzəyev, S. A.Məmmədov. – Bakı: Elm, 2002. – 696 s.
[ii] Urud, M. Zəngəzur: elmi-publisistik nəşr / Musa Urud; ideya və layih. müəl. A.Muradverdiyev; elmi red. V.Əliyev. – Bakı: Nurlar, 2005. – S. 328.
[iii] https://www.facebook.com/IrevandaTurkler/posts/2853898761352902:0
[iv] http://dede.musigi- dunya.az/o/oxdar.html