Pənah xanın imarəti

Tarixi:
XVII-XVIII yüzil
Yerləşmə /
Əvvəlki toponim:

1828-ci ilədək İrəvan, 1828-1936-cı illər Erivan.

Yerləşmə /
Hazırkı toponim:

1936-cı ildən etibarən Yerevan.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Pənah xanın evi İrəvanda dövlət tə­rəfindən qor­u­nan memarlıq abi­dələri siya­hı­sı­na salınsa da, ötən yüzilin 60-cı illərində onun da aqibəti ağır olub, azər­bay­can­lılara məxsus di­gər abidələr ki­mi dağıdılaraq yer üzündən silinib [i].

 

[i] Çingizoğlu, Ə. Bayat eli / Ənvər Çingizoğlu // “Soy” dərgisi . – 2010 . – 1 (33).

Məlumat:

İrəvanda Xan sarayının üslubunda inşa edilmiş, hər tərəfi naxışlarla bəzədilmiş sənət əsəri hesab olunan  tarixi-memarlıq abi­dələrindən biri də Pənah xan Makins­ki­nin evi idi. İrəvan şəhər Dumasının de­pu­tatı, kollej müşaviri Süleyman xanın oğlu Pənah xana məxsus yaşayış kom­p­lek­si onun adını daşıyan meydanda, Nal­ban­dyan küçəsi – 19 (keçmiş Ter-Qu­ka­s­ov küçəsi) ünvanında yerləşirdi. Komp­lek­sə xanın ikimərtəbəli evi, mətbəx, anbar, ayrıca həyətlərdə nökərlər üçün bir­mərtəbəli ev və tövlələr daxil idi. Pə­nah xan Makinskinin imarətinin yer­ləş­diyi ərazi isə son vaxtlaradək Pənah xan mey­danı adlanırdı [i].

1881-ci ildə Pənah Xan Makinskinin evin­də “İrəvan xanı Novruz bayramında”, 1882-ci ildə isə yerli həvəskarların iştirakı ilə “Tamahkarlıq düşmən qazanır” ta­ma­şa­sı göstərilib. Sonuncu İrəvan xanı Hüseyn­qulu xanın qardaşı Pənah xanın imarə­tinin sağ və sol tərəfində 7 pilləli pillə­kənlər inşa edilmişdi [ii].

Memarlıq cə­hət­dən Xan sara­yı­nı andıran və onun bənzəri he­sab olu­nan Pənah xanının imarəti görkəmi və əzə­məti ilə İrə­van şəhərinin ən gö­zəl imarət­lər­in­dən hesab olu­nurdu [iii]. Te­atr tamaşa­lar­ı­nın göstərildiyi və ta­nınmış şəxslərin top­laş­dı­ğı bu imarət si­yasi-ictimai ba­­xımdan da ə­h­ə­­­miyyət kəsb e­d­ə­n Azərbay­can tarixinin mü­­hüm maddi-mədəni irsidir.

 


[i] Mustafa, N. İrəvan şəhəri / Nazim Mustafa . – Bakı, 2013 . – S. 159.

[ii] https://www.facebook.com/IrevandaTurkler/posts/3817134451695990

[iii] Арутюнян, В. Ереван / В.Арутюнян, М.Асратян, А.Меликян . – М., 1968 . – С. 89.

Fotolar:
Videolar: