Qabaxlı qəbirüstü təsvirləri

Tarixi:
XI-XII yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Dərələyəz ma­ha­lı­ Keşiş­­kənd (Yeğeq­nad­­zor) rayo­nu­ Qa­baxlı kəndi­ndə.

Yerləşmə /
Hazırkı toponim:

Qabaxlı kənd­i­nin adı 1990-cı il­də dəyiş­di­ri­lə­rək Qoğ­ta­nik ad­­­­­la­n­dı­rılıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Abidələr his­sə-his­­sə er­mə­ni­lər tə­rə­fin­dən oğ­u­r­lanıb, daşlarını  kənd əha­lisi sö­­kərək divar­lar­ının hör­­güsündə isti­fadə ediblər.

Məlumat:

Qabaxlı kəndinin qəbiristanlığında qəbir­lər­in üstündə çoxlu qoç və at şəkli olan daş­lar mövcud olub. Bundan başqa bu kəndin aşağı hissəsində qədim bir abidə və bir neçə tağdan ibarət və qapısı qibləyə ba­xan böyük bir abidə qoyulub. Bu abi­dələr qədim albanlara aid olub [i], [ii].

Toponim türk Qabaq tay­­fasının adına, mə­n­­sub­luq bildirən -lı şə­­kil­çisinin artı­rıl­ma­sı ilə dü­zəlib “qabaq tay­fa­sına mən­sub yer, kənd” mə­na­sını bil­di­rir.


 

[i] Ələkbərli, Ə. Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı / Əziz Ələkbərli. – Bakı, 2008. – S. 342.

[ii] https://az.wikipedia.org/wiki/Qabaxl%C4%B1_(Ke%C5%9Fi%C5%9Fk% C9%99nd

Fotolar:
Videolar: