Qafan qalası
Qafan-Qacaran şose yolunun üstündə, Oxçu çayının sağ sahilində, indiki Qafan şəhərindən 10 km şimalda yerləşib.
09.09.1930 və
11.04.1995 Qafan rayonu. İndi Ermənistan Respublikasının inzibati-ərazi bölgüsünə görə Qafan adlı rayon yoxdur. Kapan (yeni adı) şəhəri isə Sünik mərzinin mərkəzidir [i].
[i] https://az.wikipedia.org/wiki/Qafan_ray onu
Memarlıq
Kapan qalasının daşları ermənilər tərəfindən sökülərək müxtəlif tikintilərdə istifadə olunub. Qalanın ancaq xarabalıqları qalıb.
Qafan rayonunun ərazisində insanlar hələ e.ə. VI yüzildə məskunlaşıblar. Albaniyanın Sünik (Sisakan) vilayətinin qədim alban və erməni mənbələrində adı çəkilən Qatar, Baqx, Zork, Qovsak əyalətlərinin coğrafi miqyası indiki Qafan rayonunun ərazisinə uyğun gəlir. Qafan şəhəri XVIII əsrə qədər Qafan qalasından (erməni mənbələrində Baqaberd) ibarət olub. Qafan rayonu və Qafan qalasının adı daha çox türk tayfalarından olan peçenqlərin kapan tirəsinin adı ilə bağlıdır.
Qafan qalası şosse yolunun üstündə, Oxçuçayın sağ sahilində, indiki Qafan şəhərindən 10 km şimalda yerləşib. Ermənilər öz çirkin niyyətlərinə gələcəkdə nail olmaq məqsədilə azərbaycanlıları aldadıb, onların razılığı ilə torpaqları kilsənin sərəncamına keçirib, beləliklə, yüz illər ərzində Qafanın bir çox azərbaycanlı kəndlərini bu yolla özününküləşdiriblər. Qafan qalası 1103-cü ildə Səlçuq türkləri tərəfindən fəth edilib, Qafan əhalisinin müsəlmanlaşdırılması prosesi bu dövrdə demək olar ki, başa çatdırılıb. 1170-ci ildə ermənilərin nankorluğu ucbatından Səlcuq türkləri onları Bağaberddən və digər kəndlərdən də qovmağa məcbur olublar [i].
Qafan qalası, Qafanın başqa tarixi abidələri, qalaları, qədim yazıları, məscid və kilsələri ilə bağlı məlumatlar fotoşəkillər bölgənin kəndlərindəki kilsələrin heç biri ermənilərin tikdirdikləri abidə olmadığını sübut edir. Tarixi mənbələrə istinad etməklə mübahisəsiz deyə bilərik ki, qədim tikintilər alban abidələri olub. Qafan qalası əhalinin təhlükəsiz yaşaması və yadelli hücumlarından qorunması baxımından mühüm əhəmiyyətə malik olub.
[i] //m.facebook.com/IrevandaTurkler/photos/a.105289376213868/3251350718274369/?type=3