Qara Daş piri
Göyçə gölünün cənub və cənub-şərq hissəsini tutan Basarkeçər nahiyəsi Şahdağ silsiləsindəki Tərsə yaylağında.
1969-cu ildə erməni kilsəsi tərəfindən Basarkeçər nahiyəsinin adı dəyişdirilərək Vardenis, Tərsə yaylağı isə Tərsa adlandırılıb.
Memarlıq
Qara daş piri 1988-ci il deportasiyasından sonra sahibsiz və tənha məkana çevrilib.
Tərsə yaylağının yüksəkliyindəki Qara daş dağında Qara daş piri eyniadlı bulağın üstündə idi. Ürəklərində müxtəlif ilahi-duyğu niyyətləri ilə pirin üstünə gələn (Daşkənd, Qırxbulaq, Məzrə, Qayabaşı... kəndlərindən, həmçinin, Gədəbəy və Kəlbəcər rayonlarından) ziyarətçilər orada qurban da kəsərdilər.
Qərbi Azərbaycanın təbii-coğrafi əraziləri sırasında Göyçə gölü Şahdağ silsiləsinin Qərb hissəsində yüksək dağ çökəkliyində, 1896 metr yüksəklikdə (sahəsi 1243 kv.km, orta dərinliyi 26 m) yaranmaqla, həm də inzibati-ərazi baxımından zəngin tarixi keçmişə malikdir. “Göyçə” hidro-toponiminin qədim türk dillərindən biri olan haput dilində (e.ə. I əsrdə yunan coğrafiyaşünası Strabonun (e.ə. 63-24-cü illər) “Coğrafiya” əsərinin 11-ci kitabında Azərbaycan ərazisində qədim türkdilli 26 tayfadan birinin haputlular olduğunu göstərib.
İzahı ilk növbədə müsəlman-türk inanclarında bu günümüzədək qalan həm də “Göy haqqı” andının filoloji ruhundakı ucalığı, yüksək məqamı özündə ifadə etməklə tarixən milli toponimlərimizin yaranmasında ruhsal-duyğusal düşüncənin də nəzərə alındığını bildirir. Qədim türklərdə (“Gök Türklər”də) həm də ucalıq, yüksəklik anlamını bildirən “göy” sözü əski tarixi antrotoponim söz birləşməsi kimi həm də “Göyçə gölü” hidroniminin adında da eyni ifadəyə uyğunlaşdırılıb. Ona görə də Göyçə mahalında təbii-coğrafi ərazi kimi duyğusal-ruhani dünyagörünüşünün formalaşmasında mistik-dini duyğuların yer alması təsadüfi sayılmır[i].
Pir və ziyarətgahlar xristianlığa qədərki dini-inanc xəzinəsini, qədim Alban və İslam dini mədəniyyətinin maddi-mənəvi irs nümunələrini qoruyub saxlamaqla, eləcə də dini-irfani nümayəndələrinin zəngin əxlaqi-dünyəvi bilgilərində əks olunub[ii].
[i] Yunusoğlu, Q. Qərbi Azərbaycanın ruhsal və duyğusal coğrafi məkanları və yaxud uydurma “Ermənistanın sarkal coğrafiyası”nın saxtakarlığı / Qismət Yunusoğlu // Olaylar. – 2019. – 21-23 dekabr. – S. 12.
[ii] http://anl.az/down/meqale/ olaylar/2019/dekabr/69241 2.htm