Qarabulaq karvansarası

Tarixi:
XVII-XVIII yüzil
Yerləşmə /
Əvvəlki toponim:

İrəvan qu­ber­ni­ya­sı  Eç­mi­əd­zin qəza­sı, indiki Aba­ran rayo­nu Qarabulaq kənd­ində.

Yerləşmə /
Hazırkı toponim:

Qarabulaq kənd­inin adı 15.07.1946-cı ildə dəyişdirilə­r­ək Yerincatap adlandırılıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Qarabulaq kar­van­sarası er­mə­ni­lər tərəfindən da­ğıdılıb.

Məlumat:

Qarabulaq kəndinin ortasında yaşı 300 ildən artıq olan qədim karvansaranın hüc­rə­ləri və ibadət otaqları var idi. Kar­van­sa­ra­da karvanların dayanacaq yeri, meh­man­­xana tipli istirahət otaqları, minik və yük heyvanları üçün ayrıca yer (tövlə) və axur­lar, ticarət mallarının saxlanması üçün anbar, müxtəlif əşya satan dükan, yemək­xana vardı. Erməni, rus mən­bə­lər­in­də kəndin başqa bir adının Qazarabad olduğu qeyd edilir. Kəndin adı kənddəki bu­lağın adından götürülmüşdür. “Key­fiy­yət­siz, içməyə yararlı olmayan” mənasını bil­dirən qara və bulaq sözlərindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mü­rəkkəb toponimdir [i], [ii], [iii].

1918-1920-ci il­lər­də hay kilsəsi və daşnakları tə­rəf­indən da­ğı­dı­lıb, yandırılıb və qa­rət edilib

 

 

[i] Ələkbərli, Ə. Qədim Türk-Oğuz yurdu – “Ermənistan” / Əziz Ələkbərli. –  Вakı, 1994. – S. 162-166.

[ii] Сборник сведений о Кавказе. –  т.V, Тифлис, 1879, N 1160.

[iii] https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycandak%C4%B1_karvansar alar%C4%B1n_siyah%C4%B1s%C4%B1

Fotolar:
Videolar: