Qarabulaq qəbirüstü abidələri

Tarixi:
XVII-XVIII yüzil
Yerləşmə /
Əvvəlki toponim:

İrəvan quber­ni­ya­sı­ Eç­mi­əd­zin q­ə­­za­sı, in­diki A­b­­­a­­ran ra­yo­nun­d­a­kı Qa­­ra­­bu­laq kə­n­d­ində.

Yerləşmə /
Hazırkı toponim:

Qarabulaq kən­d­inin adı 15.07. 1946-cı ildə də­yiş­dirilərək Ye­­­rin­­catap ad­lan­dı­rılıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Qarabulaq kən­d­in­­də ye­r­­ləşən tü­rk-oğuz  qə­bi­r­üs­tü abi­dələri er­m­ə­ni­lər tərə­fin­dən  d­a­­­­­ğıdılıb. Bə­ziləri er­mə­­ni­ləş­dirilib

Məlumat:

Tikilinin 100-150 metrliyində həm də qədim qə­bir­is­tan­lıq var idi. Kənd sakini Qo­şunəli Bağır oğlunun (1923-1981) evi­nin yanında isə müxtəlif naxışlı və ya­zılı 20-yə qədər Alban qəbirləri torpağa bat­mışdı. Dörd və altıkünclü bu sinə daş­ları­nın uzunluğu 1,5 m, qa­lı­n­lı­ğı 60-70 sm idi. 1974-1975-ci illərdə o yerlərdə qa­zın­tı işləri aparılarkən iri ölçülü insan sümükləri də aş­kar edilib. 

1972-1973-cü illərdə kən­d­in Qərb his­sə­sin­də­ki “Dərə məhəllə” tə­rəf­də (evlərin 200-300 m-də) bi­çənək-əkənək sa­həsinin yaxınlığındakı iki süni t­ə­pə­lik­də (hündürlüyü 3-5 metr olardı) qazıntı işləri apa­­rı­lan­da dairəvi daş hörgünün ortasında içlə­rində insan sü­mükləri olan müxtəlif ölçülü 4 iri, 3-4 ədəd xırda küp tapılıb[i].

Faktlar gös­­­tərir ki, alban ta­y­­fa­la­r­ı­n­­da islamdan əv­­­vəl də türk­ləş­mə pro­­sesi gedib və on­­lar mü­­sə­l­m­­an­­lı­ğı qəbul ed­ə­­­rək A­z­ə­r­­bay­can xal­q­ı­­nın tə­­şək­­­kü­lündə işti­ra­k edib

 

[i] Yunusoğlu, Q. Qərbi Azərbaycanın ruhsal və duyğusal coğrafi məkanları və yaxud uydurma “Ermənistanın sarkal coğrafiyası”nın saxtakarlığı / Qismət Yunusoğlu // Olaylar. –  2019. –  21-23 dekabr. – S. 12.

Fotolar:
Videolar: