Qaraçanta kənd məscidi

Tarixi:
1909-cu il
Yerləşmə /
Əvvəlki toponim:

Ağbaba ma­ha­lı­nın Ama­siya ra­yo­­nun­da, ra­yon mər­kə­zin­dən 4 km cə­nub-qər­b­dəki Qa­­ra­çan­ta (Əziz­bəyov) kən­d­in­də

Yerləşmə /
Hazırkı toponim:

Qaraçanta kənd­i­nin  ilk adı Qa­ra­çalma olub, son­­ra Qara­çən­tey, Qaraçanta, 4.05. 1939-cu ildə Əziz­bəy­ov, 19.04.1991-ci ildə isə Areq­na­­dem adı  ilə də­yiş­di­ri­lib

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

1918-ci ildə da­ş­naklar tərəfindən yan­­­­­­dı­rı­l­ı­b, sonra kənd əha­­lisi tə­rə­­fin­dən təmir edi­­lib. 1988-ci il de­­por­ta­si­ya­sın­­dan sonra da­ğı­­dı­lıb.

Məlumat:

Məscid 1909-cu ildə Haqverdi və Elləzin maddi köməkliyi ilə tikilib. Kənddə Kər­bəlayı Qəhrə­ma­nın evinin qabağın­da­kı daş­lı yer qədim qəbir­is­tan­lıq idi. Ora Duz dağı da deyilirdi. Qəbiris­tan­lıq­da qə­dim dövrlərə aid daş at və qoç hey­kəl­lə­ri mövcud idi. Bu da kəndin qədim türk-oğuz yurdu olduğunu göstərir[i].

 To­­ponim Qaraçanta nəsil adı əsasında y­a­­­ranıb. Patronim, quruluşca sadə to­po­nim­dir. Kənddə 1886-cı ildə 348 nə­fər, 18­9­7­-ci ildə 440 nəfər, 1908-ci ildə 665 nəfər, 1914-cü ildə 729 nəfər, 1922-ci ildə 547 nəfər, 1926-cı ildə 670 nəfər, 1931-ci ildə 688 nəfər  1939-cu ildə 774 nəfər, 1959-cu ildə 803 nəfər, 1970-ci ildə 1442 nəfər, 1980-ci ildə 1490 nəfər, 1987-ci ildə 1600 nəfər yal­nız azər­bay­canlı yaşa­mışdır. 

1988-ci ildə azər­bay­can­lıların Er­mə­nistandan kütləvi şə­kildə köçü­rülməsinə başlanan vaxt kənd əha­li­si kəndi tərk etmişdir. 1988-ci ilin so­nu­na olan bəzi məlumatlara görə kən­d­in əha­lisi 1750 nəfər olmuşdur [ii], [iii]. Qaraçanta kən­d­ində ancaq azər­bay­­­can­lı­lar yaşa­yıb. 1988-ci ildə Qara­çanta kəndi 311 ailə tə­sər­rü­fat­­da 1700 nə­fər­­dən ibarət idi.

 

[i] Ələkbərli, Ə. Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı / Əziz Ələkbərli. – Bakı, 1988. – S. 176.

[ii] Qorqodyan, Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi / Z.Qorqodyan. – İrəvan: Melkonyan fond, 1932. – S. 20-21, 104-105.

[iii] Баjрамов, А. Гəдим Огуз eллəринин  – Aғбабa, Шөрəjeл вə Пəмбəк бөлҝəларинин jер-jурд адлары (топонимлəри) / Аслан Баjрамов; eлми ред. Тофиг Əhмəдoв. – Сумгаjыт: “Göytürk” мəтбəəси, 1996. – S. 164. 

Fotolar:
Videolar: