Qarakilsə qayaüstü təsvirləri

Tarixi:
e.ə. V-II minilliklər
Yerləşmə /
Əvvəlki toponim:

Zəngəzur ma­h­a­­­lının Qa­ra­kilsə rayonu.

Yerləşmə /
Hazırkı toponim:

Qarakilsə ra­yo­nu 02.03.1940-cı il­dən  Sisian ra­yo­nu adlandırılmışdır.

Təsnifatı:

Təsviri sənət

Mövcud vəziyyəti:

Ermənilər bu ə­r­a­­­­­zilərə son iki yü­z­­ildə köçüb ya­ş­a­dıq­larını bil­dik­lər­indən qə­dim­lə­rə enməyə bir o qə­dər də ma­raqlı de­yillər. Ona gö­rə də bu abi­dələr çox da də­rindən araş­dı­rıl­madığı kimi, la­zımi şə­kil­də qo­runmur da. Xü­susilə hə­min qaya­üstü təs­vir­lə­rin Qobus­tan və Altay qa­ya­­üs­tü təsvirləri ilə xeyli dərə­cə­də ox­şarlıq, hətta bə­­zən eyniyyət təş­kil etməsi on­lar­ın eyni bir et­nik toplumun mə­­dəni irsi oldu­ğu­­nu təsdiq edir.

Məlumat:

Qarakilsə qayaüstü təsvirləri - Zəngəzur mahalının Qarakilsə (02.03.1940-cı ildən - Sisian) rayonu ərazisində qayaüstü təsvirlər. Bu təsvirlər iki qrupa ayrılır. Birincisi e.ə. V-IV minilliklərə, ikincisi e.ə. III-II minilliklərə aiddir. Həmin təsvirlərdə bölgənin о vaxtkı heyvanat aləmi (maral, tur, at, pələng, it, canavar, ayı və s.), ibtidai insanın ov alətləri və s. öz əksini tapmışdır. Bütün Zəngəzur mahalı kimi, Qarakilsə ərazisi də qədimdən Türk-Oğuz qəbilələrinin anayurdu olmuş, bura ermənilərin ilk kütləvi axını XIX yüzilin əvvəllərində bölgənin Rusiya tərəfindən işğalından sonra başlanmışdır.[i]

Qayaüstü təs­vir­lər insanların ya­­zı icad olun­ma­mış­dan xeyli əv­vəl dünyanı necə gör­düklərini baş­qa­larına çat­dır­maq üçün isti­fa­də etdikləri vasi­tə­lərdəndir. Qə­dim insanlar hə­yə­­canlarını, ov­la­dıqları hey­van­lar­ın təsvirlərini ma­ğaradaşlarına çatdırmaq üçün daş­lara, qayalara onların görün­tü­lə­rini cızmağa ç­a­lı­şırdılar. Bə­z­ə­n bu təsvirləri bo­ya ilə də çəkir­di­lər. Qa­ya­üstü r­ə­s­m­lər uzaq keç­mişdə həyat haq­qında u­nikal infor­ma­si­ya mən­bəyidir. On­­lar tarixçiləri, ar­xeoloqları, sə­nət­şünasları, et­no­qrafları, linq­vist­ləri, folk­lor­çu­ları, zooloq­la­rı, həmçinin el­m­­in digər sahə­lər­in­dən olan tədqi­qat­­çı­la­rı cəlb e­d­i­r. Bu təsvirlər va­si­tə­silə qədim in­sanların məş­ğu­liyyəti, dünya­gö­rüşü və s. barə­də alınan məlu­m­a­t­lar çox vaxt on­ların gələ­cək et­nik mən­subiy­yə­ti­ni də öyrən­mə­yə kömək edir [ii], [iii], [iv].

 


[i] Ələkbərli, Ə. Qərbi Azərbaycan abidələri / Əziz Ələkbərli; red. B.Budaqov. – Bakı, 2006. – S. 22-23.

[ii] Ələkbərli, Ə. Qərbi Azərbaycan abidələri / Əziz Ələkbərli; red. B.Budaqov. – Bakı, 2006. – S. 22-23.

[iii] Сисиан (справочник-путеводитель), Ереван, 1987, стр.111- 112.

[iv] Ələkbərli, Ə. Qədim Türk-Oğuz yurdu - “Ermənistan”. – Bakı, 1994. – S. 77-82.

Fotolar:
Videolar: