Qayabaş piri
İrəvan quberniyası İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonundakı Zar (Qırxbulaq) kəndində.
Ellər rayonunun adı dəyişdirilərək – Kotayk, Abovyan adlandırılıb.
Memarlıq
Azərbaycanlıların deportasiyasından sonra pirin ziyarət olunmasına Ermənistan dövləti tərəfindən icazə verilməyib.
Qayabaş piri Zar (Qırxbulaq) kəndinin kənarında ağaclıq və yaşllıq ərazidə yerləşir.
Təxminən 1.5 m hündürlüyü, 70 sm eni və yanında 50 sm hündürlüyü, 35 sm eni olan iki boz daşdan ibarətdir. Kənd və ətraf kəndlərdən gələn insanların ən çox ziyarət etdiyi pirlərdən idi.[i] Kənddə 1831-ci ildə 89 nəfər, 1873-cü ildə 490 nəfər, 1886-cı ildə 634 nəfər, 1897-ci ildə 757 nəfər, 1914-cü ildə 1250 nəfər,[ii] 1918-ci ilin yanvarında 706 nəfər yalnız azərbaycanlı yaşayıb. 1918-ci ilin fevral ayında azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunub.[iii] Türkiyədən köçürülən ermənilər 1918-1919-cu illərdə burada yerləşdirilib.
İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma ocaqlarına dönə biliblər. Burada ermənilərdən başqa 1922-ci ildə 52 nəfər, 1926-cı ildə 51 nəfər, 1931-ci ildə 93 nəfər azərbaycanlı yaşayıb.[iv]
Toponim türk dilində “yarğan” mənasında işlənən “car” sözü əsasında əmələ gəlib. Relyef əsasında yaranan sadə toponimdir[v]
[i] https://www.facebook.com/IrevandaTurkler/photos/a.335819319827538/441681072574695
[ii] Korkotyan, Z. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831-1931) / Zaven Korkotyan. – İrəvan: Melkonyan fond, 1932. – S. 44-45; 124-125.
[iii] История Азербайджана по документам и публикациям. – Баку: Элм, 1990. –S. 216.
[iv] Korkotyan, Z. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831-1931) / Zaven Korkotyan. – İrəvan: Melkonyan fond, 1932. – S. 44-45, 24-25.
[v] Мурзаев, Э.М. Словарь народных географических терминов. – М.: Мысль, 1984. – S. 178-179. – Kəndin azərbaycanlıların yurd yeri olduğunu toponim, pir və kənd qəbiristanlığındakı qədim türk boyalarına aid abidələr də təsdiqləyir.