Qəbirüstü alban heykəlləri

Tarixi:
V-VI yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Ağbaba ma­ha­lı­nAmasiya ra­yonu Göllü (Güllü) kənd­ində.

Yerləşmə /
Hazırkı toponim:

Göllü kəndi 19.04.1991-ci ildən ‒  Ar­de­nis adlanır.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Azərbaycanlıların buradakı tarixi iz və mirasını sil­mək məqsədi ilə qəbirlər da­ğı­dı­lıb, heykəllər və digər abi­də­lər muzeyində er­məni abidəsi kimi sərgilənir.

Məlumat:

Göllü ‒ qədim Azərbaycan (türk) tor­pa­ğı, qədim adı Ağbaba olan yurd yeri in­di­ki Amasiya (Hamasa) rayonudur. Kəndin sa­kinləri azərbaycanlılar olub. Erməni mən­bələrində kənddə yaşayanların qara­pa­paqlar olduğu göstərilir və onlar ayrıca xalq kimi verilir. Lakin qarapapaqlar türk tay­falarından biridir və azərbaycanlıların etno­genizində iştirak edən etnoqrafik qrup­dur. Kəndin köhnə qəbiristanlığı təzə qəbir­istanlıqdan ayrı idi. Köhnə qəbir­is­tan­lıq azərbaycanlılar və ermənilər tərəf­in­dən Alban qəbiristanlığı adlandırılırdı [i], [ii],[iii].

Alban qəbir­is­ta­n­­­lığında dəfn olu­nan adamın öz hey­kəlinin qə­bi­ri üstündə ayaq üstə və ya­xud üzüstə tor­pağa q­o­yulu və­ziy­y­ət­­də ol­ma­sı və qə­bir­is­tan­lıq­da­kı çox say­da üzə­ri al­ban əlif­ba­sı ilə ya­zılı daş­lar A­z­ə­r­baycan xal­q­ının qədim dövr­də mədəni in­kişaf səviy­yə­si­ni gös­tə­rir.

 


[i] Bayramov, İ.M. Qərbi Azərbaycanın türk mənşəli toponimləri / İ.M.Bayramov; red.: B.Ə.Budaqov, H.İ.Mirzəyev, S. A.Məmmədov. – Bakı: Elm, 2002.

[ii] Azərbaycanlıların 1988-ci il soyqırımı. –  Bakı, 2007. – S. 183.

[iii] https://az.wikipedia.org/wiki/G%C3%B6ll%C3%BC

Fotolar:
Videolar: