Qələndər qalası
Yelizavetpol (Gəncə) quberniyası Zəngəzur mahalı Gorus rayonunda Ağbulaq kəndinin yaxınlığında.
Ağbulaq kəndinin adı 09.04. 1991-ci ildə dəyişdirilərək Ağbullak adlandırılıb.
Memarlıq
Yarıdağılmış vəziyyətdə xarabalıqları qalan Qələndər qalası ermənilə tərəfindən mənimsənərək erməni qalası kimi göstərilir.
Ağbulaq kəndi Xələc tayfaları tərəfindən salınıb. Xələcdə yaşayan qardaşlardan biri Qaraxan Xələcdə qalır. O biri qardaş Qələndər Ağbulaq ərazisinə köçür, orda özünə binə salır. Deyilənə görə, onun çoxlu qaramal, qoyun sürüləri olub. Tikilmiş binə qala Qələndər qalası XVII yüzilli abidəsi kimi qeydiyyata alınıb [i],[ii] ,[iii].
Qələndər qalası azərbaycanlılar üçün eyni zamanda erməni və digər yadelli hücumlardan müdafiə rolunu oynayıb. Qədim qala Qərbi Azərbaycandakı tarixi mirasın nümunəsi kimi mühüm dəyər daşıyır
[i] Yeşilot, O. Revan Türkləri / Prof. Dr. Okan Yeşilot. – İstanbul, 2016. – S. 227.
[ii] http://genderi.org/qubadlinin-yer-- yurd-adlari-mononimleri-pdf.html?page=12
[iii] http://genderi.org/ibrahim- bayramov.html?page=51