Qıpçaq məbədi
Şörəyel mahalının Ərtik rayonunun Qıpçaq kəndində alban (türk) xristian məbədi.
Qıpçaq kəndin adı 31.05.1946-cı ildə dəyişdirilərək Ariç, məbədin adı isə Ariçavank adlandırılıb.
Memarlıq
Sovet hakimiyyəti dövründə müxtəlif məqsədlər üçün istifadə edilib. 1966-cı ildə aparılan arxeoloji qazıntı zamanı qala və qəsəbə hissəsi də üzə çıxarılıb. Məbəd ermənilərin adını dəyişdirə və erməniləşdirə bilmədikləri abidələrdəndir.
Məbəd iki kilsə və digər tikililərdən ibarətdir. Günbəzli zal üslubunda tikilmiş baş məbədin 1201-ci ildə inşa olunduğu ehtimal edilir.
Qıpçakavank, Albaniyanın ən məşhur monastır mərkəzlərindən biri olaraq tanınır və xüsusilə məktəbi və gözəlliyi ilə məşhurdur.
1966-cı ildə arxeoloji qazıntılar zamanı e.ə. ll yüzildən var olduğu və Albaniyanın ən məşhur qala qəsəbələrindən biri olduğu məlumdur. (Əziz Ələkbərli). Kilsənin adından da lap yaxşı bəlli olur ki, alban-ların “türkləşmə”si teoreminin yanlış və Azərbaycan türk xalqının tarixinə kölgə salmaqdan başqa bir şey deyil [i],[ii].
Adından göründüyü kimi, məbəd Qıpçaq türklərinə məxsus olub. Qıpçaq kəndi qədimdən türk-oğuz boylarının ana yurdu olub, kəndə ilk ermənilər XIX yüzilin ortalarında İrandan, Türkiyədən köçürülüb gətirilibər [iii].
[i] Сисиан (справочник- путеводитель). – Ереван, 1987. – C. 111-112.
[ii] Ələkbərli, Ə. Qədim Türk-Oğuz yurdu – “Ermənistan” / Əziz Ələkbərli. – Вakı, 1994. – S. 77-82.
[iii] https://www.facebook.com/385154778487398/posts/ 442128239456718/.