Qızılbulaq (Çaxırlı) kənd məscidi
Göyçə mahalı Basarkeçər rayonu Qızılbulaq (Çaxırlı) kəndində
Qızılbulaq (Çaxırlı) kəndi 25. 01.1978-ci ildən – Sovetakert, 3.04.1991-ci ildən Xaçaxbyur adlandırılıb
Memarlıq
Qızılbulaq (Çaxırlı) kənd məscidi ermənilər tərəfindən dağıdılıb. Məscidin qalıqları qalıb.
1870-1880-ci illərdən 1917-ci ilə qədər Qızılbulaq (Çaxırlı) kəndində Cənubi Azərbaycandan gəlmiş Axund Qəfərin təşəbbüsü ilə, kənd ağası Böyükağa tərəfindən məscid tikilib və həmin məsciddə dini təhsil almaq üçün kənd sakinlərinə, həm də qonşu kəndlərdən gələn sakinlərə hərtərəfli şərait yaradılıb.
Çaxırlı XIV əsrin sonları (1387-1388), XV əsrin (1410) əvvəlinə kimi albanların, 1988-ci ilin dekabrına qədər isə Azərbaycan türklərinin yaşayış məskəni olması faktını kənd məscidi və tarixin müxtəlif dövrünü özündə əks etdirən maddi-mədəni abidələr əyani təsdiq edir