Qızılcıq kənd məscidi
Yelizavetpol (Gəncə) quberniyasın Zəngəzur qəzasında, indi Sisian rayonundakı Qızılcıq kəndində
Qarakilsə rayonu 02.03.1940-cı ildən – Sisian, Qızılcıq kəndi - İşxanasar adlandırılıb
Memarlıq
Qızılcıq kəndi 1918-ci ildə erməni soyqırımına məruz qalıb. Kənd Andronikin quldur dəstəsi tərəfindən dağıdılıb, kənd məscidi yandırılıb. Sovet hakimiyyəti dövründə tikintisinə icazə verilməyən məscidin 1988-ci il deportasiyasına qədər xarabalıqları mövcud idi.
Məscid Qızılcıq kəndində azərbaycanlı əhali tərəfindən tikilib. Aşağı 1 metr hissəsi sal qaya daşlarından hörülən məscidin yerdə qalan hissəsi çay daşları ilə hörülüb.
Müqəddəs yerləri ziyarətə gedənlər əhali tərəfindən məscidin həyətindən yola salınırdı. Dini bayramların qeyd olunması və yas mərasimlərinin təşkili məscidin axundu tərəfindən həyata keçirilirdi. Qızılcıq kəndi 1918-ci ildə Andronikin quldur dəstəsi tərəfindən dağıdılıb, kənd məscidi yandırılıb. Əhalinin bir hissəsi qırılıb, salamat qalan hissəsi isə Minkənd, Laçın, Füzuli, Cəbrayıl və Naxçıvana qaçmağa məcbur olub. Kənddə 1873-cü ildə 165 nəfər, 1886-cı ildə 287 nəfər, 1897-ci ildə 407 nəfər, 1908-ci ildə 450 nəfər, 1914-cü ildə 441 nəfər azərbaycanlı yaşayıb.1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunub.
İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar öz yurdlarına dönə bilib. Burada 1922-ci ildə 189 nəfər, 1926-cı ildə 122 nəfər, 1931-ci ildə 292 nəfər, 1987-ci ildə 466 nəfər azərbaycanlı yaşayıb[i]. 1988-ci ilin noyabr ayında kənd sakinləri Ermənistan dövləti tərəfindən qovulub. İndi kənddə ermənilər yaşayır [ii]. Toponim torpağın rəngini bildirən qırmızı mənasında işlənən qızıl sözünə kiçiltmə mənası bildirən -cıq şəkilçisinin artırılması yolu ilə əmələ gəlib. Relyef əsasında yaranan düzəltmə quruluşlu toponimdir. İslam abidəsi məscid və tarixi faktlar kəndin azərbaycanlılara məxsus olduğunu təsdiq edir[iii].
[i] Коркотян, З. Население Советской Армении за последние сто лет (1831-1931) / З.Коркотян. – Ереван: Мелконян фонд, 1932. – С. 76-77, 146-147.
[ii] Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası / Tərt. ed. S.Əsədov; elmi red.: B.Budaqov, Q.Qeybullayev. – Bakı: Gənclik, 1995. – S. 184-185.
[iii] 9https://az.wikipedia.org/wiki/Q%C4%B1z%C4%B1lc%C4%B1q_(Sisyan