Qoşabulaq kəndində alban məbədi
Göyçə mahalı Basarkeçər rayonunun Qoşabulaq kəndində yerləşir.
Qoşabulaq kəndi 19.04.1991-ci ildən Şadcrek adlanır.
Memarlıq
Kəndin mərkəzində keçmiş klub və idarə binasının arxasında çox böyük daşlardan hörülmüş alban məbədinin qalıqları erməni abidəsi kimi təqdim olunur.
Qoşabulaq 1988-ci ildə baş verən kütləvi deportasiyaya qədər azərbaycanlıların yaşadığı qədim kənd olub. Kəndin mərkəzində keçmiş klub və idarə binasının arxasında çox böyük daşlardan hörülmüş alban məbədinin qalıqları vardır.
Məbədə müqəddəs pir kimi inanır və təmizliyinə riayət edərdilər. Məbədin üzərindəki qrabar əlifbası ilə yazılan yazılardan bir daha aydın olur ki, Qoşabulaq kəndinin ərazisində III-V əsrlərdə yaşayan alban türklərinin tarixini sübut edən dəlillər vardır.
Kəndin köhnə qəbiristanlığındakı daşların böyüklüyü insanı heyrətə gətirirdi. Həmin daşlardan üzərində qrabar əlifbası ilə yazılan yazılar vardır. Buradan bir daha aydın olur ki, həmin qəbiristanlıq alban türklərinin qəbiristanlığı olub. Baş daşları çox iri və ağır olduğundan 60-70 sm-dən çox hissəsi torpaq qatları ilə örtülmüşdür. Kəndin ərazisində qədim yurd yerlərinin qalıqları vardır[i].
Məbədin üzərindəki qrabar əlifbası ilə yazılan yazılardan aydın olur ki, Qoşabulaq kəndinin ərazisində III-V yüzilliklər alban türkləri yaşayıb [ii].
[i] Azərbaycan Respublikası Xatirə Kitabı / “Respublika Xatirə Kitabı” redaksiyası; toplayıb tərt. Ed. Araz Yaquboğlu . – Cild 12. – Bakı, 2012 . – S. 598-600.
[ii] https://az.wikipedia.org/wi ki/Qo%C5%9Fabulaq_(G%C3%B6y%C3%A7%C9%99