Qundaqsaz qəbirüstü abidələri
İrəvan quberniyası Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda Qundaqsaz kəndində.
İrəvan – 1936-cı ildən etibarən Yerevan, Alagöz (Araqadz) rayonu təşkil edilənədək 15.03. 1972-ci ilə kimi, Abaran rayonunun tərkibində olub. Qundaqsaz kəndi 25. 01.1978-ci ildən – Rya təzə (Təzə həyat) adlandırılıb.
Memarlıq
Kənd evlərinə yaxın məsafədə yerləşən köhnə qəbiristanlıqdakı qədim abidələr 1988-ci ildə azərbaycanlıların kütləvi deportasiyasından sonra ermənilər tərəfindən dağıdılıb, qəbiristanlığa kənd əhalisinin ot tayaları yığılıb. Hal-hazırkı dövrdə qəbirlərə aid bəzi daş parçaları və yalnız bir ədəd qəbirüstü at heykəli və iki ədəd türbə qalıb[i]. Azərbaycanlılara aid 2 türbə və sənduqəni ermənilər yezid məbədi kimi beynəlxalq ictimaiyyətə təqdim edir.
[i] https://www.facebook.com/IrevandaTurkler/photos/a.104870856255720/4106625376080228
Qundaqsaz kəndindəki köhnə qəbiristanlıq deyilən ərazidə qədim dövrə aid alban-oğuz abidələri mövcuddur. Kənd ərazisində olan və kənddəki evlərə 50-60 metr məsafədə yerləşən qədim qəbiristanlıqdakı qəbirlərin əksəriyyətinin üstündə at, qoç heykəlləri və böyük qəbirüstü daşlar üzərində naxışlı çərçivə içərisində at üstündə əlində qılınc tutan cəngavər, at üstündə qarşısındakı ceyran (maral) ovlamaq üçün oxun yayını çəkili vəziyyətə tutan oğlan və at, qoç, maral, ceyran təsvirləri yer alıb[i].
Toponim türk dilində “silah qundağı” mənasında işlənən kondak sözü ilə türk dilində “bataqlıq, torpaq (qrunt) suların çıxdığı yerin bataqlaşmış sahəsi, gil” mənalarında işlənən saz sözünün birləşməsindən əmələ gəlib. Türk dilində kondak sözü “yanan kükürd qutusu və yanğın vaxtı açılan qov”, “həyətə və ya pilləkən altına atılan yandırıcı maddələr toplusu” mənasında da işlənir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir [ii].
[i] Мурзаев, Э.М. Словарь народных географических терминов / Э.М.Мурзаев . – М.: Мысль, 1984 . – S. 178.
[ii] Пагирев, Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края / Д.Д.Пагирев. – Тифлис: Типография К.П.Казловского, 1913. – S. 81.