Qurumsulu abidəsi

Tarixi:
IV yüzil
Yerləşmə /
Əvvəlki toponim:

İndiki Er­mə­nis­ta­nın Tavuş b­ö­l­­gəsindəki Ba­r­a­na (No­y­a­n­­­ber­yan) ra­yo­nunun Dost­luq-Qu­ru­m­­­su­lu kənd­in­də.

Yerləşmə /
Hazırkı toponim:

Dostluq-Qurum­­sulu kəndinin adı də­yişdirilərək Barekamavan adlandırılıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Abidənin gün­b­ə­­­zi ermənilər tə­rə­findən uçur­u­lub. Ermənilər ab­i­­dənin şərq pən­­cərəsinə 2004-cü ildə xaç şək­lli bir daş qu­raş­­dıraraq, bu abi­dənin erməni xris­tian dövrünə aid olduğunu id­dia etməyə baş­la­yıblar. Lakin bu xaç daşının abidənin inter­yer­inə və ümu­mi quruluşuna heç bir aidiyyatı yoxdur və o, heç bir mahiyyət da­şı­mır [i].

 

[i] https://mtm.az/x%C9%9 9b%C9%99rl%C9%99r/erm%C9%99nistandaki-q%C9%99dim- az%C9%99rbaycan- abid%C9%99sinin- gork%C9%99mind%C9%99-v%C9%99-t%C9%99

Məlumat:

İndiki Ermənistanın Tavuş bölgəsindəki Ba­­rana (Noyanberyan) rayonunun Dost­luq-Qurumsulu (Barekamavan) kənd­in­­­­dəki xristianlığa qədərki dövrə aid olan abidə öz mövcudluğunu qoruyub saxlasa da, onun orijinal görkəmində və təq­di­mat­ın­da ciddi pozuntulara yol verilib.

Qu­rum­sulu (Barekamavan) kəndinin yaxın­lı­ğın­da yerləşən bu abidənin tədqiqatı za­ma­nı praktik olaraq heç bir məlumata rast gəlmədik. Abidənin inşa tarixinin era­mız­ın IV əsrə aid olduğu güman edilir. Me­mar­lıq qu­ruluşuna görə abidə 14 guşəli, gün­bəzli türbə üslubunda inşa edilib. Abi­də­nin ka­r­ni­zi müxtəlif heyvan heykəlləri ilə bəzə­di­lib. Ermənistan hökumətinin mü­vafiq qu­rum­ları abidəni ibadətgaha çe­vir­mək istə­sə­lər də, yerli sakinlər abi­də­nin onların di­ni­nə heç bir aidiyyatı ol­ma­dı­ğını düşü­nür­lər. Qəribədir ki, abidəni mə­nimsəməyə cəhd edən ermənilər, abi­də­nin adında fərq etmədən türk to­po­ni­m­in­dən istifadə edib­lər. Belə ki, abidənin adı­nı khach (xaç) yəni xaçlı abidə kimi səs­ləndirirlər[i][ii].

Qurumsulu abi­də­si qədim Az­ə­r­­baycanın mi­sil­siz gözəlliyə m­a­­­lik və az öy­rə­­nilən abi­də­lər­in­dən biridir.

 


[i] Мурзаев, Э.М. Словарь народных географических терминов / Э.М.Мурзаев . – М.: Мысль, 1984 . – C. 320.

[ii] https://mtm.az/x%C9%9 9b%C9%99rl%C9%99r/erm%C9%99nistandaki-q%C9%99dim- az%C9%99rbaycan- abid%C9%99sinin- gork%C9%99mind%C9%99-v%C9%99-t%C9%99

Fotolar:
Videolar: