Sərdar məscidi

Tarixi:
XVII–XVIII əsrlər
Yerləşmə /
Əvvəlki toponim:

İrəvan

Yerləşmə /
Hazırkı toponim:

İrəvan

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Hazırda Sərdar məscid-kompleksindən yalnız onun bir divarının 2–3 metr enində, 3–4 metr hündürlüyündə kiçik bir parçası qalmışdır. Həmin ərazidə “Qlendale Hills” tikinti şirkəti 14 mərtəbəli 18 bloklu yaşayış kompleksi inşa etmişdir.
 

Məlumat:

İrəvan şəhərindəki Sərdar məscidi


Ayrı-ayrı adlar altında təqdim edilməsinə baxmayaraq, söhbət rəsmi sənədlərdə adı Sərdar məscidi kimi qeyd olunan dövrün nadir memarlıq abidəsindən gedir. Yəni, bir məscid müxtəlif dövrlərdə müxtəlif cür adlandırılmışdır. İrəvan qalasının çar Rusiyası işğalı dövrünə aid bəzi sənədlərdə bu məscidin adı Abbas Mirzə məscidi kimi hallandırılır.  Görünür, həmin məscid XIX əsrin əvvəlində vəliəhd Abbas Mirzə tərəfindən yenidən qurulduğu üçün məhz onun adı ilə adlandırılmışdır. Alman tədqiqatçısı Avqust Haksthauzen 1843-cü ilin avqust ayında İrəvan şəhərində olmuş və qalada olan iki məsciddən birinin (yəni Rəcəb paşa məscidinin) rus-yunan kilsəsinə, digərinin – Sərdar məscidinin isə silah anbarına çevrildiyini qeyd etmişdir. 


Tanınmış rus arxeoloqu qrafinya Praskofya Uvarova 1880-ci ildə İrəvan şəhərində olmuş, əsrlərboyu yaradılan tarixi-memarlıq abidələrinin dağıdılmasını təsvir etmişdir. Erməni müəllifi Yervand Şahəzizin 1931-ci ildə İrəvanda çap edilən “Qədim İrəvan” əsərində P.Uvarovadan sitat gətirərək, onun Xan sarayının yaxınlığında yerləşən Sərdar məscidini Vereşşaginin fırçasından çıxan tabloya bənzətdiyini yazır. P.Uvarovaya istinadən Y.Şahəziz yazır ki, Sərdar məscidinin əsas günbəzi, xarici divarları, sütunları, iç divarları, çoxsaylı digər günbəzləri rəngli kaşılarla və gözəl təsvirlərlə bəzədilmişdir.

 

Azərbaycan arxeoloqu və epiqrafçısı İsa Əzimbəyov 1928-ci ildə İrəvanda ekspedisi-yada olmuşdur.  Onun ekspedisiyanın nəticələrinə dair yazdığı “Tiflisin, İrəvanın və Naxçıvan MSSR-in müsəlman kitabələri” adlı məqaləsində göstərilir ki, Qalanın içəri-sin¬də, Sərdar sarayının yaxınlığında yerləşən şah Abbasın adına inşa edilən məscid yarıuçuq vəziyyətdədir və onun həyətində bir neçə erməni  qaçqın ailəsi məskun¬laş-mış¬dır. 
Hazırda Sərdar məscid-kompleksindən yalnız onun bir divarının 2–3 metr enində, 3–4 metr hündürlüyündə kiçik bir parçası qalmışdır. Həmin ərazidə “Qlendale Hills” tikinti şirkəti 14 mərtəbəli 18 bloklu yaşayış kompleksi inşa etmişdir.
 

Fotolar:
Videolar: