Seyid Ağbal ağa ocağı

Tarixi:
XVIII-XIX yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Vedibasar ma­ha­­lı, Vedi ra­yo­nunun mərkəzi Böyük Ve­di qə­sə­­bə­sin­­dən 9 k­m cə­nub-q­ə­r­b­də­ki Şirazlı  kən­d­in­də yerlə­şir­di.

Yerləşmə /
Hazırkı toponim:

19.04.1991-ci il­­dən etibarən k­ə­n­­­din adı də­y­i­ş­­­­d­i­rilərək V­o­s­­getap ad­lan­dırılıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

1988-ci il de­por­tasiyasından sonra ermənilər tə­rəfindən mə­ni­ms­ənilib.

Məlumat:

Şirazlı  kəndi azərbaycanlıların yaşadığı kənd olub. 1987-ci ildə kənddə 2000 azər­baycanlı yaşayıb. Vedibasar ma­ha­lı­nın məşhur ocağı Ağbal ağa (İqbal Mir­ya­qub oğlu) ocağı Şirazlı kəndində yer­lə­ş­ir­di. Seyid Ağbal ağa sadə və xeyirxah bir adam kimi kənddə məşhur olub və hörmət qazanıb. 80 yaşlı Seyid Ağbal 1988-ci ildə ermənilərin kəndə hücumu zamanı ağır daş parçası ilə sinəsindən vu­­ru­la­raq yaralanıb və vəfat edib. Şidli qəbiristanlığında dəfn edilib. Mahalda məş­hur olan bu ocağa müxtəlif rayon və kəndlərdən təkcə müsəlmanlar yox həm­çinin, ermənilər də ziyarət üçün gəlirdi. O dövrdə insanlar əlləri yerdən-göydən üzülən anda inanc yerlərinə can atar, orada son ümid işartısı tapar, bir ümid işığına bel bağlayıb məscidlərə, pirlərə, ziyarətgahlara, seyid ocaqlarına üz tutardılar. Belə inanc yerlərindən biri də xalq arasında çox böyük hörmətə sahib olan Seyid Ağbal ocağı olub[i] .

Dara düşən, ümid­­lərini itirən in­sanların zi­ya­rət etdiyi məş­hur ocaqlardan biridir.

[i] Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası / Tərt. ed. S.Əsədov; elmi red.: B.Budaqov, Q.Qeybullayev. – Bakı: Gənclik, 1995. – S. 238-239.

Fotolar:
Videolar: