Seyid Bayram ocağı

Tarixi:
1934-cü il
Yerləşmə /
Əvvəlki toponim:

Göyçə ma­ha­lı­nın Ba­­­sarkeçər ra­yo­nun­da, ra­yon mər­kə­zin­dən 8 km mə­sa­­fə­də­ki Daş­kənd kəndin­də yer­ləşir.

Yerləşmə /
Hazırkı toponim:

Daşkənd kən­di­nin adı 19.04. 1991-ci il­də də­yiş­­di­ri­lə­rək Ayrk adlan­dı­rı­lıb

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Son dövrə qədər mü­­­hafizə olu­na­raq qoru­­nan Se­yid Bay­ram oca­ğı dağıdıla­raq mə­hv edilib.

Məlumat:

“Göyçə” toponimi “Allaha yaxın olan yer” mənasındadır və bu hidronimin  əsasını təşkil edən “Göy” sözü qədim harut dilindəki “Allah” anlamında olan “Qok” kəlməsinin -leksik və orfoqrafik dəyişikliyə uğramasının ifadəsidir. Eləcə də həmin məkanın ərazi etibarilə yüksəklikdə yerləşməsini bildirir. Daşkənd kəndinin müqəddəs ziyarətgahlarından biri Seyid Bayram Seyid Süleyman oğlunun (1864-1934) müqəddəs ruhunun uyuduğu Seyid Bayram Ağa ocağı idi, qəbi-ristanlıqda onun məzarı üzə¬rində 3-4 m ölçüdə gün¬bəz tikilmişdi. Göyçə nahiyəsinin ətraf kəndlərinin sakin-ləri, eləcə də Dərələyəz mahalı, Qaraqoyunlu dərəsi, Qazax, Gəncəbasar, Gədəbəy və Kəlbəcər camaatının da həmişə üz tutduğu ziyarət yeri idi. Ağanın qəbri və 4 otaqdan ibarət evi. Otaqların birində onun papağı, gödəkçəsi, çuxası, kəməri, qurşağı qoyulmuşdu. Deyirlər ki, pis niyyətlə gələn və qəlbi qara kəslər o tutiyalara yanaşanda bir neçə ilan görünüb, onlara əl vurmağa imkan ver¬mir¬di  .
Ocağı Basarkeçər nahiyəsində yaşayan ermənilər də, Dərələyəz, Kəlbəcər, Gədəbəy, Gəncəbasar, Qazax, Qaraqoyunlu dərəsi  əhalisinin  ziyarət yeri idi. Qoşabulaq kəndinin 2 km-də yerləşən Seyid Qurban təpəsi yaxınlığındakı 2 ha əkin sahəsindən yığılan qırmızı buğda hər il Ağaya bağışlanardı  .
 

Fotolar:
Videolar: