Seyid Əhməd məqbərəsi
Zəngəzur mahalı Qara Vəli kəndi.
Kənd haqqında məlumat yoxdur. Ləğv olunduğu ehtimal olunur.
Memarlıq
Bu məqbərələr ermənilər tərəfindən bölgədən azərbaycanlı izlərini silmək məqsədi ilə tamamilə dağıdılıb [i].
[i] V.A.Kuliyeva. S. 119.MDTA f.290,siy.2, iş 747, vər.6
Qara Vəli kəndində VII imam Museyi Kazımın oğlu Seyid Əhmədin məqbərəsi yerləşirdi. Bölgə xalqının ən çox ziyarət etdiyi məqbərələrdən biri idi. İndi məqbərəsi pir olan Xəlifə Seyid Əhmədin də hakimiyyətindən kənar edilmiş ərəb xəlifələrindən biri olması, qaçıb Azərbaycana pənah gətirməsi güman olunur. Ötən əsrin 50-ci illərində Seyid Əhməd babanın məqbərəsi təmir olunarkən oradan külli miqdarda müxtəlif sənədlər tapılır. Sənədlərdən belə məlum olur ki, Seyid Əhməd piri bölgədə çox müqəddəs ziyarətgahlardan olub [i].
İnsanların çətin günlərində pənah gətirib dua edib, nəzir verdikləri müqəddəs yer hesab olunurdu [ii].
[i] http://anl.az/down/meqale/aydinyol/2016/noyabr/515294.htm
[ii] http://zengezur.com/index. php/ssyan