Seyid Mahmud ocağı

Tarixi:
XIX yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Göyçə ma­ha­lı­nın Ba­­sarkeçər ra­yo­nun­dakı Nə­rimanlı kən­­dində yer­lə­şir.

Yerləşmə /
Hazırkı toponim:

Nərimanlı kən­di­nin adı 19.04. 1991-ci il­də də­yiş­dirilərək Şat­van adland­ır­ılıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Qəbiristanlıqdakı Se­yid Mah­mud oca­ğı azər­­bay­can­lı­lar­ın 1988-ci il­ de­por­­­tasi­ya­sın­dan son­­ra ermə­nilər tə­­rəfindən dağı­dı­lıb.

Məlumat:

Nərimanlı kənd qəbiristanlığında mü­qəd­dəs ruhsal, ziyarət-irfani ocaqlardan biri də Seyid Mahmudun qəb­ri (2 m uzun­luq­da, eni 25-30 sm), müqəddəs məqamı idi. 1941-ci ildə Seyid Miri Seyid Mahmud oğ­lunun (1871-1946) 3-4 yaşında bir öv­ladı keçinəndə, ata ürəyi bu ağrıya dö­z­mə­yib asilik edib... və o gecə ağzı-üzü əyi­lib. Həmin günün axşamı yuxuda ona əyan (buyruq) edilib ki, getsin atasının qəb­ri üstündə bağış­la­nmasını istəsin, orada yatsın... Allah-Təala ona əkiz öv­lad pay verəcək. Seyid Miri yuxusunun hök­münə əməl edir, qəbiristanlığa gə­lə­rək atasının məzarı üs­tün­də yatır və ... hə­min gün ağzı-üzü düzəlir, 9 aydan son­ra isə əkiz uşaqları dünyaya gəlir. Oğlu Qulam (Bakı şəhərində yaşayır), qızı Durna (Gəncə şəhərindədir) [i], [ii], [iii].

Seyid Mahmud oca­­ğı və müx­­­tə­lif  dövr­lər­in di­ni-ir­fa­ni ocaq­­­ları, yüz­il­l­ə­r­­lə bu əra­­zi­lər­də ya­­şa­mış A­z­ə­r­­­­bay­can xal­q­ının ya­rat­dı­­ğı mü­səl­man-türk mə­də­niy­­yə­tinin mad­di­-mə­­dəni zən­gin­­lik ir­si­nin nü­mu­­n­­­əsidir

 

[i] Olaylar. –  2021. –  5-11 mart. – S. 20.

[ii] http://www.anl.az/down/meqale/olaylar/2021/mart/737226.htm

[iii] Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası / Tərt. ed. S.Əsədov; elmi red.: B.Budaqov, Q.Qeybullayev. – Bakı: Gənclik, 1995. –S. 292.

Fotolar:
Videolar: