Seyid Muxtar ocağı
Ağbaba mahalı Amasiya rayonunun Güllübulaq kəndində yerləşir
2007-ci ildə Bürakn adlandırılıb.
Memarlıq
Tarixi torpaqlardan azərbaycanlı izlərini yox etmək məqsədi ilə dağıdılıb, məhv edilib.
1970-ci illərdə Güllübulaq kəndinin qədim (yaşı minillikdən çox) qəbiristanlığında olan iri sal bünövrə üzərindəki qoç heykəlli sinə daşını hay kilsəsi və əlaltıları aparmaq istəyirdilər.
Camaat bu hiylənin qarşısını ciddi etirazla alır. Bundan sonra yerli sakinlərdən Seyid Rza Seyid Ələkbər oğlu (1926-1992) qardaşı Seyid Qasımla (1932-2005) birlikdə 1977-1978-ci illərdə Seyid Muxtar Babanın (1850-ci illərdə Təbriz şəhərindən köçüb gəlib) qəbri üzərində günbəz tikərək xalqımızın tarixi-maddi irsini hay-daşnak təcavüzündən qoruya biliblər.
Bu tədbir təsadüfi olmayıb. Çünki, bu ailə 7-ci İmam Seyid Museyi-Kazımın nəsil-şəcərə davamçılarından olduğu üçün ocağın sahibi (onların evləri də Seyid Muxtar ocağı kimi ziyarətgah olub) Seyid Ələkbər Seyid Muxtar oğlunun (1898. Böyük Vətən müharibəsindən qayıtmayıb) övladları da bu addımı atıblar.
Müqəddəs ziyarətgah mifik-mistik ruh dünyasının ziyası kimi kənd və bölgə əhalisi tərəfindən ziyarət olunurdu.