Şişin ocağı

Tarixi:
XVIII-XIX yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Amasiya  ra­yo­nu­nun Çax­maqkə­n­di ya­xın­lı­ğın­da yer­lə­­şir.

Yerləşmə /
Hazırkı toponim:

Çaxmaq kənd­i­nin  adı 19.04. 1991-ci il­də də­yiş­dirilərək Kam­­xut adlan­dı­rılıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

1988-ci il de­por­­tasi­ya­sından son­ra, tərk edil­­miş vəziy­yət­də­dir, zi­­yarət olu­n­­­mur.

 

Məlumat:

Çaxmaq kəndi Türkiyənin Qars vilayəti ilə sərhəddə yaxın (2-3 km aralı) yerləşir. Hət­ta sərhəd xətti yerli icra nü­ma­yən­də­li­yinin binasından 15-20 metr aralı ke­çir­di. 

Sərhəd zolağı hüdudlarında ucalan Şiş dağının üstündəki Şişin ocağı – z­i­ya­rət­gah idi. Müqəddəs ocağın ətrafı kəs­kin meyilli, çılpaq yamaclardan ibarət ol­sa da, ətəyi itburnu kolları ilə örtülüydü (ərazi iqliminə görə el arasında “ikinci Sibir” adlanırdı). Amma, dağın “şiş” his­sə­sində, ocağın yanında da bir neçə it­bur­nu kolu bitmişdi, meyvələrindən tu­ti­ya kimi çay dəmlənilirdi. Şişin pirinə get­mək çətin idi – sərhəd hissədə yer­ləş­diyinə görə, amma mövsümi işlər zamanı əkin-biçinlə məşğul olanlar, qoyunçuluq tə­sərrüfatının üzvləri o yerə keçə bilir­di­lər [i],  [ii], [iii].

Dağın “şiş” his­sə­sin­­də, ocağın ya­­nın­da da bir ne­­çə itbur­nu ko­lu bitmişdi, mey­­və­lərindən tuti­­ya ki­mi çay də­m­lə­ni­­lirdi.

 

[i] Əhmədov, T.M. El-obamızın adları / T.Əhmədov. – Bakı: Gənclik, 1984. – S. 87-88.

[ii] http://www.anl.az/down/meqale/olaylar/2019/noyabr/686378.htm,https://a

[iii] z.wikipedia.org/wiki/%C3%87axmaq_(Amasiya).

Fotolar:
Videolar: