Şişqaya kəndində tarixi abidələr
Göyçə mahalı Basarkeçər rayonu Şişqaya kəndində.
Basarkeçər rayonu – Vardenis, Şişqaya 3.04.1991-ci ildən Quqariç, 8.08.1991-ci ildə təkrar dəyişdirilib Qeğamasar adlandırılıb.
Arxeoloji abidə
Şişqaya kəndindəki qədim alban abidələrinin bir qisminə erməni elementləri əlavə edilib, erməni abidəsi kimi nümayiş olunur. Erməniləşdirə bilmədikləri abidələr isə dağıdılıb məhv edilib.
Şişqaya kəndi azərbaycanlıların həyat və məişət şəraitini özündə əks etdirən XIII-XIV yüzillərə aid abidələrlə zəngin olub [i]. Kəndin ərazisində adları türk toponimlərindən ibarət çox mənzərəli və gəzməli yerlər vardır. Onlardan tarixi III-V yüzillərə təsadüf edən, üzərində Qrabar əlifbası ilə yazılan, Alban türklərinin yaşamasından bəhs edən, xaç daşları tarixi abidələr, kəndin şimal hissəsində xırda qırmızı daşlardan ibarət təpə dini abidələrdir. Abidəyə qonşu kəndlərdən olan sakinlər də nəzir gətirər və niyyət edər, çıraq yandırar və arzu dilərdilər [ii].
Kənd Şah İsmayıl Xətainin hakimiyyətindən əvvəl də mövcud olub. Sarıyaqub və Babacan kəndlərinin Şişqayadan köçənlər tərəfindən salındığı məlumdur. Sarıyaqub kəndinin idarəçiliyinin Şah İsmayıl tərəfindən Miskin Abdala həvalə edilməsi, bu məsələnin dəqiqliyini bir daha təsdiqləyir.1728-ci ilə aid mənbələrdə adı qеyd olunub. Əhalinin əsas hissəsini Cənubi Azərbaycanın Xoy, Rum, Mazandaran, Diyarbəkr, İsfahan əyalətlərindən və İrəvan mahalının Uluxanlı bölgəsinin Necili kəndindən gələnlər təşkil edirdilər. Kəndin adı Qocadağ və Qaradağ adlanan hər iki dağın arasında yerləşən, hündürlüyü 45-50 metrə çatan Şişqayanın adı ilə bağlıdır [iii].
[i] Bayramov, İ. Həqiqətin onomastikası: indiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması / İbrahim Bayramov, Nazim Mustafa; ideya müəl. K.Abdulla; red hey.: R.Həsənov [və b.]; layih. məsul A.Qurbanov; [buraxıl. məsul R.Kazımov; [Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərb. Resp. Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası, Azərb. Resp. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərb. Dillər Un-ti]. – Bakı, 2021. – S. 261.
[ii] https://az.wikipedia.org/wiki/%C5%9Ei%C5%9Fqaya
[iii] https://www.facebook.com/Shishkaya-GegharkUnik-Armenia 116477341701105/?__tn__=kC*F