Şıxlar kənd məscidi
Zəngəzur mahalı Qarakilsə rayonundakı Şıxlar kəndi
Qarakilsə rayonu 02.03.1940-cı ildən – Sisian, Şıxlar kəndi 02. 03.1940-cı ildən – Qızılşəfəq adlandırılıb.
Memarlıq
Şıxlar kənd məscidi 1918-ci ildə erməni hücumları nəticəsində içərisinə doldurulan kənd əhalisi ilə birlikdə ermənilər tərəfindən yandırılıb. 1988-ci il deportasiyası zamanı məscidin qalıqları mövcud idi.
Kəndin yaxınlığında qədim Alban kilsəsinin və 1918-ci ildə dağıdılmış müsəlman məscidinin qalıqları, eləcə də qədim qəbir daşları bu yerlərdə əhalinin ən azı 500 il öncə məskunlaşdığını göstərən əlamətlərdəndir.
Şıxlar kəndinin ətrafındakı bulaqların (Daş çeşmə, Molla çeşməsi, Turş su, Tahir bulağı, Bəşir çeşməsi, Kom söyüd bulağı, Əyri çay və s.), örüş və əkin yerlərinin (Çuxurlar, Gölyazı, Çaxnıqlar, Tatar düzü, Qabaq biçənək, Dağıstan, Daşlı güney, Düz zəmi, Babəkən və s.), dərələrin və dağların (Su dərəsi, Ağ dərə, Ərəfsə dərəsi, Baba oğlu dərəsi, Qızıl qaya, Hərəmlər dağı və s.) adları da onu göstərir ki, burada ta bineyi-qədimdən Azərbaycan türkləri məskunlaşıblar.
Məscid Şıxlar kəndində Azərbaycan və islam mədəniyyətinə xas tarixi abidədir.