Sofulu kənd məscidi

Tarixi:
XVIII-XIX yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Zəngəzur ma­ha­lının Qa­ra­kil­sə ra­­yo­nun­da, ra­yon mər­kə­­zin­dən 18 km cə­nub-qərb­­də, Dəs­­­tə­gird kəndi ilə Mur­xuz kən­di ara­sında Əyri ça­­­yının sol sahi­­lin­dəki So­fu­lu kən­­din­də.

Yerləşmə /
Hazırkı toponim:

Sofulu kəndinin adı 09.04.1991-ci ildə də­yiş­di­ri­lib Soflu ad­lan­dırılıb

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Püsək məs­ci­di­nin   daş­dan yo­nul­­muş di­rəyi 1980-ci illərə ki­­mi qalmaqda idi. 1988-ci il de­­por­ta­si­ya­sın­dan sonra dağı­dı­­­lan məscidin xa­­r­a­ba­lıqları qalıb.

Məlumat:

Sofulu kəndində qədim tarixə malik məs­­cid var idi. Məscidin nəzdində mol­la­xana fəa­liyyət göstərirdi. Püsək mə­­həl­lə­­sin­dəki pir daşları məsciddən qalan ni­şa­nələrdir. Qədim kəndin bir çox yerində üstü yazılı çox şəkilli daşlar movcud olub və bu daş­lar Sovet hakimiyyəti dövr­ündə er­mə­ni rəsmi nü­ma­yən­də­lər­i­nin nəzarətində sö­külərək yük maşınları ilə daşınıb. Püsək məscidinin daşdan yo­nul­muş di­rəyi 1980-ci illərə kimi qal­maq­da idi. Yaş­lı adamlar bayram günləri qorxa-qor­xa həmin daş sütunun üstündə gecələr şam yandırardılar. Şeyx Əfəndi Ni­ga­­ri­nin dostu Molla Qayıbın (Qeyi­b­in), Hacı Mol­lalı və Hacı Seyidin məzarı da Sofuludadır [i],[ii], [iii], [iv]. Müsəlman əha­li­nin dini inanc­la­rının əksi idi.

 

[i] https://az.wikipedia.org/wiki/Sofulu_(Qarakils%C9%99)

[ii] Ələkbərli, Ə. Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı / Əziz Ələkbərli. – Bakı, 2008. – S. 49-50.

[iii] İsmayıl, E. Ermənistan türklərinin 1988-ci il soyqırımı / Eldar İsmayıl; red. A.Məmmədli. –  Yenidən işlənmiş ikinci nəşri. – Bakı: Səda, 2014. –  S. 227.

[iv] İrəvan əyalətinin icmal dəftəri / Azərb. Resp. EA, Şərqşünaslıq İn-tu; araşdırma, tərcümə, qeyd və əlavələrin müəl.: Z.Bünyatov, H.Məmmədov (Qaramanlı). –  Bakı: Elm, 1996. – S. 51.

Fotolar:
Videolar: