Sulu karvansarası
1828-ci ilədək İrəvan, 1828-1936-cı illər Erivan.
1936-cı ildən etibarən Yerevan.
Memarlıq
Azərbaycanın qədim İrəvan şəhərindəki maddi mədəni irslərindən biri olan Sulu karvansarası ermənilər tərəfindən uçurulub yerində başqa tikililər inşa edilib.
Sulu karvansarası İrəvan şəhərində yerləşirdi və karvansara daxilində və ətrafında 74 mağaza mövcud idi. Bu karvansaranın tikintisində bişmiş kərpicdən, yonulmuş bozalt və mərmərdən istifadə olunub. Karvansara və onun ətrafındakı dükanlar şəhər və ətraf bölgə əhalisinin alış-veriş və ticarət üçün gəldiyi məkan rolunu oynayırdı [i], [ii]. Bəzi mənbələrdə “Sulu qamçı” karvansarası kimi göstərilir [iii].
Sulu karvansarası digər karvansaralar arasında ən böyüklərindən biri idi. Karvansara kənar ərazilərdən gələn tacirlər üçün həm qaldıqları, həm də mallarını satdıqları məkan kimi mühüm əhəmiyyətə malik idi. Həmçinin, şəhər əhalisi ehtiyacı olan məhsulları daha çox karvansara və onun ətrafındakı dükanlardan təmin edirdi.
[i] Qarayev, E. İrəvan xanlığı (1747-1828) / Elçin Qarayev; elmi red. Y.Mahmudov; AMEA. A.A. Bakıxanov ad. Tarix İn-tu . – Bakı, 2010 . – S. 74.
[ii] Шопен, И. Исторический памятник состояния армянской области к эпоху ее присоеденения к Российской империи / Иван Иванович Шопен. – СПб.: Типография императорский Академии Наук,1852. – C. 468-469, 878-880.
[iii] https://www.elibrary.az/docs/qazet/qzt2020_14476.pdf