Talış kəndində qala
Eçmiədzin qəzasının Əştərək rayonundakı Talış kəndində yerləşir.
Talış kəndi – 11.11.1970-ci ildən – Aruç adlandırılıb.
Memarlıq
Tarixi qədim olan XIII-XIV yüzilə aid qalanın xarabalıqları indi də qalmaqdadır [i].
[i] Bayramov, İ. Həqiqətin onomastikası: indiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması / İbrahim Bayramov, Nazim Mustafa; ideya müəl. K.Abdulla; red hey.: R.Həsənov [və b.]; layih. məsul A.Qurbanov; [buraxıl. məsul R.Kazımov; [Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərb. Resp. Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası, Azərb. Resp. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərb. Dillər Un-ti]. – Bakı, 2021. – S. 265.
Əştərək rayonunun Talış kəndi VII yüzildən bəri qədim arman-türk və müxtəlif türk tayfalarının mirasları olan maddi-mədəni abidələrlə zəngin olan bir kənddir. Kənddəki saray, məbəd və yaşayış yerinin bir qismi qala divarları ilə əhatə olunub. XIII-XIV yüzillərdə tikilən qalın qala divarları uzun yüzillər müharibə və hücumlara tab gətirə bilib. Kənd əhalisi XIX yüzilin 40-50-ci illərində zorla köçürülüb, kəndə İrandan və Türkiyədən gətirilən ermənilər (43 ailədə 370 nəfər) yerləşdirilib [i], [ii], [iii], [iv], [v], [vi].
Qalanın yerləşdiyi Talış kəndi türk-oğuz boylarının anayurdu olub, kənddə ancaq azərbaycanlılar yaşayıb. Qala müdafiə məqsədi ilə tikilib. Toponim Qızılbaş türk tayfasından olan talış etnonimi əsasında əmələ gəlib, etnotoponimdir. Quruluşca sadə toponimdir [vii].
[i] Шопен, И. Исторический памятник состояния армянской области к эпоху ее присоеденения к Российской империи / Иван Иванович Шопен. – СПб.: Типография императорский Академии Наук,1852. – C. 587-590.
[ii] Буниатов, Н.Г. Архитектура Армении / Н.Г.Буниятов, Ю.С. Яралов. – Москва, 1950. – C. 46-47.
[iii] Арутюнян, В.М. Памятники армянского зодчества / В.М.Арутюнян, С.А.Сафарян. – М., 1951. – C. 45.
[iv] Токарский, Н.М. Архитектура Армении IV-XIV вв. / Н.М.Токарский. – Ереван, 1961. – C. 61-63, 107-108.
[v] Архитектурные памятники Армении. – М., 1974. – C. 7.
[vi] Bayramov, İ. Həqiqətin onomastikası: indiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması / İbrahim Bayramov, Nazim Mustafa; ideya müəl. K.Abdulla; red hey.: R.Həsənov [və b.]; layih. məsul A.Qurbanov; [buraxıl. məsul R.Kazımov; [Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərb. Resp. Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası, Azərb. Resp. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərb. Dillər Un-ti]. – Bakı, 2021. – S. 265.
[vii] Əfəndiyev, O. Azərbaycan Səfəvilər dövləti / Oqtay Əfəndiyev; tərc ed. K.Muxtarov; elmi red. X.Qasımov. – Bakı: Azərnəşr, 1993. – S. 195.