Talış kəndində türbə
İrəvan quberniyası Eçmiədzin qəzasında, sonradan Əştərək rayonundakı Talış kəndində.
Talış kəndinin adı 11.11.1970-ci ildən – Aruç.
Memarlıq
Talış kəndindəki müsəlman türbəsinin dam hissəsi uçub dağılıb. Hazırkı dövrdə yarıxarabalıq vəziyyətdə erməni abidəsi kimi təqdim olunur.
Talış kəndinin kənarındakı yüksək ərazidə yerləşən müsəlman türbəsinin XIII-XIV yüzilliklərə aid olduğu ehtimal olunur. Türbə, dəyirmi formada xüsusi dördkünc kəsilmiş böyük qırmızı tuf daşdan tikilib. Ətrafı kiçik qaya daşları və ermənilər tərəfindən uçurulub dağıdılmış qədim qəbir daşları ilə əhatə olunub. Rayon mərkəzindən 21 km qərbdə yerləşir. Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşayıb. 1828-1829-cu illərdə Türkiyənin Bayazet vilayətindən ermənilər köçürülərək kənddə yerləşdirilib [i]. Kəndin ərazisində XIII-XIV yüzilliklərə aid azərbaycanlılara məxsus qədim qalanın xarabalıqları indi də durur.
Toponim Qızılbaş türk tayfasından olan talış etnonimi əsasında əmələ gəlib. Etnotoponimdir.Quruluşca sadə toponimdir [ii].
[i] Hakopyan, T.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti / T.X.Hakopyan, St.T.MəlikBaxşyan, O.X.Barseğyan . –C. I: AD . – İrəvan: İrəvan Universiteti, 1986 . – S. 509. – Erməni dilində.
[ii] Əfəndiyev, O. Azərbaycan Səfəvilər dövləti / Oqtay Əfəndiyev; tərc ed. K.Muxtarov; elmi red. X.Qasımov. – Bakı: Azərnəşr, 1993. – S. 195.