Taxta körpü çayı üzərində daş körpü

Tarixi:
XVII-XVIII yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Zəngəzur ma­ha­lı Qa­ra­kilsə ra­yo­nu­ Ərəfsə kənd­ində.

Yerləşmə /
Hazırkı toponim:

Qarakilsə 02.03.1940-cı ildən – Si­si­an­, Ərəfsə kəndi – 03.07. 1968-ci ildən – Arevis.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Qədim daş kör­pü ermənilər tə­rə­f­indən mə­nim­sənilib hal-ha­zırkı dövrdə er­məni abidəsi kimi göstərilir.

Məlumat:

Mərcanlı düzü istiqamətdən gələn Tax­ta­körpü (Abuzər) çayı və Salvartı dağının ətə­yindən gələn eyniadlı çay  kəndi iki his­səyə bölən Xırdaçayla qovuşaraq rayon mərkəzindən bir qədər aşağıda Bazarçayla birləşir. Ərəfsə kəndinin Böyük İpək yo­lu­nun üzərində yerləşməsi kəndin sosial-iq­tisadi baxımdan digər kəndlərlə mü­qa­yi­sədə daha çox inkişaf etməsinə səbəb ol­ub. Taxtakörpü (Abuzər) çayının üzər­in­dəki tağbənd formalı daş körpü qədim ti­kili idi. Körpü, kənddə hazırlanan qır­mı­zı tuf daşlar və böyük çay daşları ilə inşa edilmişdi. Kənd ərazisində ən çox istifadə edi­lən gediş-gəlişin sıx olduğu körpü idi [i].

“Ərəfsə” sözü ilk dəfə xet di­lin­də eradan ön­cə rast gəlinir və ki­çik ölkə, qala mə­nasını da­şı­yır. Eyni zam­an­da qeyd etmək la­zımdır ki, Ə­r­ə­f­­sə adının türk mən­şəli Kən­gə­r­li tay­fa­sı­nın adı ilə bağ­lı­lığı da eh­timal olu­nur. Həm Cul­fa ra­yo­­nu­nun əra­zi­sin­dəki Ərəfsə kəndi, həm də Si­siyan ra­yo­nun­­dakı Ərəf­sə kəndi kən­gər­li­lər­in So­fulu tay­fa­sına mənsub in­san­lar­ın mə­s­kun­­laş­ma­sı nə­ti­cə­sində yaran­ıb. Ərəfsə kənd­inin topo­nim­ləri də bu­ra­nın türk-oğuz mə­də­niy­yə­ti ilə bağ­lığını gös­­tə­rir [ii].

 

 


[i] https://az.wikipedia.org/wiki/%C6%8Fr%C9%99fs%C9%99_(Qarakils%C9%99

[ii] Urud, M. Zəngəzur: elmi-publisistik nəşr / Musa Urud; ideya və layih. müəl. A.Muradverdiyev; elmi red. V.Əliyev. – Bakı: Nurlar, 2005. – S. 129-130.

Fotolar:
Videolar: