Təkiyə kəndində müsəlman türbəsi
İrəvan quberniyası Eçmiədzin qəzasında, indi Əştərək rayonundakı Təkiyə kəndində.
Əştərək rayonu-Aştarak, Təkiyə kəndi, 1.12. 1949-cu ildən – Bazmaxpyur.
Memarlıq
Türbənin qapısı sökülüb, üzərindəki ərəb yazılı lövhənin sağ tərəf kənarından, yuxarı hissədən 10, aşağı hissədən 20 sm (təxmini) bir parça sındırılaraq götürülüb[i].
[i] https://www.facebook.com/IrevandaTurkler/photos/a.105289376213868/230704023672402
Təkiyə kəndindəki müsəlman türbəsi dördkünc formada tikilib və divarı dördkünc mərmər daşlarla örtülüb. Eni 5 metr (təxmini) ölçüsündə olan türbənin hündürlüyü təxminən 4 metrdir. Türbənin 0,80 cm eni, 1-2 metr hündürlüyündə dəmir qapısı var. Qapının yuxarısında qırmızı lövhə üstündə, qırmızı hərflərlə ərəb əlifbası ilə yazılar həkk olunub. Kənddə 1831-ci ildə 155, 1873-cü ildə 398, 1886-cı ildə 582, 1897-ci ildə 635, 1908-ci ildə 725, 1914-cü ildə 768, 1916-cı ildə 587, 1919-cu ildə 428 nəfər yalnız azərbaycanlı yaşayıb [i]. 1919-1920-ci illərdə bura Türkiyənin Muş, Xut və Xlat vilayətlərindən ermənilər köçürülüb. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar ata-baba yurdlarına, torpaqlarına qayıda biliblər [ii] . Burada ermənilərlə yanaşı 1922-ci ildə 179 nəfər, 1926-cı ildə 175, 1931-ci ildə 227 nəfər azərbaycanlı yaşayıb. 1831-1931-ci illərdə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar 1948-1953-cü illərdə tarixi-etnik torpaqlarından deportasiya edilərək Azərbaycana köçürülüblər. İndi ermənilər yaşayır [iii]. 1986-cı ildə çap edilmiş “Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti”ndə kənddə 1831-1931-ci illərdə azərbaycanlıların yox, ermənilərin yaşadığı göstərilir. Bu tarixi faktın təhrifidir. Yuxarıdakı statistik faktlar ermənilərin kəndə 1918-ci ildən sonra köçürüldüynü göstərir.
Toponim türk mənşəli təkə etnonimi əsasında əmələ gəlib. Etnotoponim, quruluşca sadə toponimdir[iv]. Qədim müsəlman türbəsi kəndin azərbaycanlıların yurd yeri olduğunu göstərir [v].
[i] Qorqodyan, Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi / Z.Qorqodyan. – İrəvan: Melkonyan fond, 1932. – S. 22-23, 106-107.
[ii] Hakopyan, T.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti / T.X.Hakopyan, St.T.MəlikBaxşyan, O.X.Barseğyan . –C. I: AD . – İrəvan: İrəvan Universiteti, 1986 . – S. 546. – Erməni dilində.
[iii] Qorqodyan, Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi / Z.Qorqodyan. – İrəvan: Melkonyan fond, 1932. – S. 22-23, 106-107.
[iv] Кононов, А.Н. Родословная туркмен. Сочинение Абул Гази хана Хивинского / А.Н.Кононов. – М. Л.: Издство АН СССР, 1958. – С. 74.
[v] Атаниязов, С. Словарь туркменских этнонимов / С.Атаниязов. – Ашхабад: Ылым, 1988. – С. 112.