Təzə məscid

Tarixi:
XX yüzilin əvvəlləri
Yerləşmə /
Əvvəlki toponim:

İrəvan qə­za­sı­ Zən­gibasar ra­yo­nun­da Aşa­ğı Necili kən­­dinin Zəngi ça­­­yı­na ya­xın his­sə­də ye­r­ləşir.

Yerləşmə /
Hazırkı toponim:

31.12.1937-ci il­dən Zəngi­ba­sar, 14.01.1961-ci il­dən – Ma­sis ra­yo­nu Aşa­ğı Ne­ci­li kəndi 25.01. 1978-ci ildən – Sa­­yat Nova ad­lan­­dı­rı­lıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

1988-ci ildə er­mə­­­ni­lər kəndə hü­­­cum edib, ev­lə­­ri dağıdıb və yan­­dıraraq azər­bay­­­­canlıları köç­­­­mə­yə mə­c­bur edib. Bu hü­­cu­m­lar nəti­cə­­­s­in­­də Aşağı Ne­­ci­li­də­ki Təzə məs­cid də da­ğı­­dılıb.

Məlumat:

Aşağı Necili kəndindəXX yüzildə ti­ki­lən Təzə məs­cid adlanırdı. Kənd sa­kin­lə­ri ibadətvə mərasimlər üçün məsciddə top­lanırdı. Aşağı Necili kənd camaatı di­ni adət, mərasim və ibadətlərə ciddi mü­na­sibət gös­tərir, ibadətlərini vaxtı vaxt­ın­da yerinəyetirirdi. Kənddə 1831-ci ildə 411, 1873-cü ildə 1183, 1886-cı ildə 1147, 1897-ci ildə 1178, 1908-ci ildə 1430, 1914-cü ildə 1573, 1916-cı ildə 1074 nəfər yalınz azərbaycanlı yaşa­mış­dır [i]. 1918-1919-cu illərdə erməni daş­nak­­la­rının hücumu nəticəsində kənd da­ğı­dılıb, yan­dı­rı­lıb, əhalisinin bir qismi soy­qırıma məruz qalıb, sağ qa­lanlar isə Tür­kiyə ərazisinə sığınıblar. Sovet haki­miy­­yətinin ilk illərində kənd əhalisinin bir hissəsi kəndə qayıdıb, oranı bərpa edib. 

1950-ci ildə kəndin əhalisinin bir his­səsi deoprtasiya olunub, kəndə xa­ric­dən gələnermənilər yerləşdirilib. İrə­van əya­lətinin icmal dəftəri (araşdırma, tər­cü­mə, qeyd və əla­vələrin müəllifləri [ii],  [iii], [iv], [v].

Toponim fərq­lən­­­­­­­di­ri­ci əlamət bil­­­­dirən aşa­ğı sö­­zü ilə “nəcli” türk etnonimi əsa­­­­­sın­­da əmələ gəlib.  Et­no­to­p­o­­­nim­­dir. Topo­nim Aşağı Ne­ci­­linin türk-oğuz yur­­­du ol­­du­ğunu təs­diq edir. İsla­mı qə­bul edən kənd əh­a­­­lisi mə­s­cid tikib, di­ni mə­­də­ni in­ki­şaf­da iş­ti­rak edib. Ə­r­a­­­­zi­də­ki məs­c­i­d di­ni mə­­dəni abi­də k­i­mi A­zər­­­­ba­y­can ta­­ri­xi ü­ç­ün əhə­mi­y­­yət kəsb edir

 


[i] Qorqodyan, Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi / Z.Qorqodyan. – İrəvan: Melkonyan fond, 1932. – S. 48-49, 128-129.

[ii] Ələkbərli, Ə. Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı / Əziz Ələkbərli. – Bakı, 2008. – S. 76.

[iii] İrəvan əyalətinin icmal dəftəri / Azərb. Resp. EA, Şərqşünaslıq İn-tu; araşdırma, tərcümə, qeyd və əlavələrin müəl.: Z.Bünyatov, H.Məmmədov (Qaramanlı). –  Bakı: Elm, 1996. –  S. 30.

[iv] Шопен, И. Исторический памятник состояния армянской области к эпоху ее присоеденения к Российской империи / Иван Иванович Шопен. –  СПб.: Типография императорский Академии Наук,1852. – C. 547-550;

[v] https://az.wikipedia.org/wiki/A%C5%9Fa%C4%9F%C4%B1_Necili;http:// ensiklopediya.gov.az/az/terms/4114/cild/14

Fotolar:
Videolar: