Urud qəbirüstü abidələri

Tarixi:
XV-XVII yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Zəngəzur ma­ha­lı Qa­ra­kil­sə ra­yo­nun­da, ra­yon mər­kə­­zi­n­dən 8 km cə­nub-şərq­­dəki Urud kənd­in­də.

Yerləşmə /
Hazırkı toponim:

Urud kəndinin adı 03.07.1968-ci ildə də­yiş­di­ri­lə­rək Voro­tan ad­lan­dı­rılıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Ermənilər tə­rə­f­in­­dən da­ğı­dı­lıb [i].

 

[i] Urud, M. Urud / Musa Urud . – Вakı, 2000. –  S. 28-49.

Məlumat:

Urud kəndinin qabaq hissəsində Bazar ça­yı­­nın sol sahilində tarixi 500 ildən çox olan Urud qəbiristanlığı yerləşir. Kəndin qə­bir­is­tan­lığında olan qədim daş­lar­­da (hicri ta­ri­xi ilə 89-cu ildə) kəndin adı Rud ya­zılıb. Urud kəndinin 14 ye­rin­də qə­dim qəbir yer­ləri var: 1. Çadır daş­­da; 2. Bay­dar ka­ha­sının Şərq tərə­fində; 3. Mu­rad qəbri; 4. Ta­x­talarda; 5. Ci­da­xur­da; 6. Gən­cəli ada­sın­da; 7. Çay qırağında (Mə­şə­­di Əhməd ye­rində); 8.Qəzbağıda; 9. Gi­las dibində; 10. Xəşdərədə; 11. Qalaçanın dal­ında; 12. Pürüldə (kənd yerində və tə­pə­lərdə); 13. Bədir qayasının dibində; 14. Kənd qəbir­is­tanında. Qəbir daşlarının mil­­li-dini mənsubiyyəti bu yer­lərin qədim Azər­baycan yurdu olduğunun nişa­nə­si­dir [i].

Qəbirüstü abidələr Urud abidələr kom­p­leks­inin  ən mühüm his­sə­si­dir. Orta əsrlər Azərbaycan mə­zar­lığı­dır.

 


[i] Heмaт, M. Корпус эпиграфических памятников Азербайджана / Мешадиханум Немат. –  T. 3. –  Баку, 2001. –  С. 71-73, 184-190.

Fotolar:
Videolar: